Yuxarı

Fuad Abbasov: Məni hər an öldürə bilərlər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.02.22 - 19:15

Tanınmış jurnalist, Rusiyada Azərbaycanın maraqlarını qoruyan və buna görə də tez-tez hədəfə gələn Fuad Abbasov növbəti açıqlamasını yayıb.

Axar.az xəbər verir ki, F.Abbasov bu dəfə studiyadan deyil, ticarət mərkəzlərindən birindən canlı yayım edib. Video-müraciətində jurnalist ona qarşı ermənilərin başlatdığı kampaniyaya diqqət çəkib.

Məşhur jurnalist qeyd edib ki, ona qarşı təhdidlər artır: “Mənfur qonşularımız internet məkanından öz kilsələrinə keçiblər. Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya aparırdılar. İndi də öz kilsələrində mənə qarşı cinayət işi qaldırmaq üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.

Fuad Abbasov həbs olunma ehtimalına da toxunub və hətta bu müraciətin sonuncu ola biləcəyini deyib. Qeyd edib ki, onu təmənnasız müdafiə etmək üçün yüzlərlə müraciət alıb və azərbaycanlı hüquqşünaslar ciddi şəkildə bu prosesə hazırlaşırlar.

Ölüm təhdidinə baxmayaraq, F.Abbasov qorumadan və zirehli maşından imtina edib.

Daha ətraflı videoda...

Tarix
2019.02.23 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla