Yuxarı

Tehran İrəvanın arzusunu icra edə biləcək? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran İrəvanın arzusunu icra edə biləcək? - Şərh

İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın perspektivinə inanmıram.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çoxdandır ki, İrana səfər etməyi arzulayırdı:

“İqtisadi zəmində hesab etmirəm ki, elə böyük əməkdaşlığa nail olunsun. Çünki Ermənistan iqtisadi perspektivi olmayan ölkədir. İranın Ermənistana daha çox qaz nəql etməsi, Gürcüstan üzərindən Avropaya çıxması ilə bağlı fikirlər bundan öncə də gündəmə gəlib. Birincisi, Ermənistanın bu boru xətlərini tikmək, onları modernləşdirmək üçün maliyyəsi yoxdur. Bu məqsədlə də heç kim ona maliyyə verməyəcək. İkincisi, bu gün sanksiyalarla üz-üzə qalan İranın başqa ölkəyə yatırım həyata keçirməsi mümkün deyil. Bu şəraitdə inanmıram ki, arzu olan bu layihələr reallaşsın. Bu layihələr elə arzu olaraq da qalacaq”.

Politoloq qeyd edib ki, amma Paşinyan bu səfərin daha çox siyasi tərəfinə fikir verib:

“İranda Ali dini liderlə də onun görüşü olub. Çox təəssüf ki, İranda ona antiazərbaycan şüarları altında toplantı keçirməyə şərait yaradıldı. Bütün bunlar təəssüf doğurur. İran rəsmiləri bu təxribatların qarşısını almalıydı”.
Politoloq vurğulayıb ki, İranın iqtisadi zəmində əsas tərəfdaşı Azərbaycandır:

“Regional layihələrin həyata keçirilməsində Azərbaycana alternativ bir ölkə yoxdur. Gürcüstanın özünün də Ermənistan üzərindən həyata keçirilən layihələrə qoşulmasını real hesab etmirəm. Bunlar boş söz yığınıdır. 20 ildir ki, bu haqda Ermənistan rəsmiləri açıqlamalar verir”.

Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Tehranın İrəvana Rusiya və Gürcüstanla elektroenerji və qaz tranziti sferasında əməkdaşlığı inkişaf etdirməyi təklif etdiyini deyib. Onun sözlərinə görə, apreldə Tehranda bu istiqamətdə Rusiya-Gürcüstan-İran-Ermənistan görüşünün keçirilməsi planlaşdırılıb.

Tarix
2019.03.02 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı?

Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı

Azərbaycan-İran sərhədi ilə bağlı yenilik

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla