Yuxarı

Məxfi məlumat: Avropada ruslara hərbi təlimlər keçirilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məxfi məlumat: Avropada ruslara hərbi təlimlər keçirilib

Böyük Britaniyanın xüsusi təyinatlı SAS bölməsinin veteranları Rusiya vətəndaşlarına Ukraynaya qarşı müharibədə iştirak etmək üçün təlim keçə bilərdilər.

Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” Avstraliya xüsusi xidmət orqanı üçün hazırlanmış və “Five Eyes” kəşfiyyat alyansına (Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ) nəzərdə tutulan məxfi kəşfiyyat hesabatına istinadən yazıb.

Nəşrin məlumatına görə, sənəddə “yüksək əminliklə” bildirilir ki, Qərb ordularının veteranları Rusiya vətəndaşlarının, xüsusilə də hazırda hərbi xidmətdə olan şəxslərin hazırlanmasına cəlb ediliblər. İddialara görə, təlimlər Bolqarıstan və Serbiyada fəaliyyət göstərən özəl hərbi təlim mərkəzlərində keçirilib.

Qeyd olunub ki, kəşfiyyat bu barədə iki keçmiş avstraliyalı xüsusi təyinatlı hərbçidən və bir ehtiyatda olan hərbçidən məlumat alıb. Onlar bildiriblər ki, belə düşərgələrdə təlimatçı kimi işləməyə dəvət ediliblər.

Araşdırmanın əsas obyektlərindən biri Bolqarıstanın Meyden şəhərində yerləşən “Alfa-Metal” təlim mərkəzidir. Şirkət xüsusi təyinatlıların hazırlanması və təkmilləşdirilmiş snayper kursları təklif edir. Kursların qiyməti təxminən 4 min avrodur.

Hesabatda iddia olunur ki, “Alfa-Metal” müxtəlif hərbi təcrübəyə malik təlimatçıları cəlb edir. Onların arasında Britaniyanın SAS bölməsinin, Avstraliyanın “Commando Regiment” xüsusi təyinatlılarının, ABŞ Hərbi Dəniz Qüvvələrinin və ABŞ polis strukturlarının nümayəndələrinin də olduğu bildirilir.

Eyni zamanda, nəşrin yazdığına görə, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalına başlamasından sonra Avropadakı özəl hərbi təlim mərkəzləri Rusiya vətəndaşlarını kurslara qəbul etməyə davam ediblər. Bu kurslar arasında, xüsusilə, yaxın məsafədə döyüş aparmaq üzrə təlimlər də olub.

Tarix
2026.09.10 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla