Yuxarı

Bu, Rusiyanın əsl niyyətlərini ortaya qoyur - Sibiqa

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Rusiyanın əsl niyyətlərini ortaya qoyur - Sibiqa

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun ABŞ-ın müharibənin daha tez başa çatması üçün Ukraynaya dəstəyi dayandırmalı olduğu barədə açıqlaması Rusiyanın əsl niyyətlərini ortaya qoyur.

Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.

“Putinin köməkçisi bildirib ki, müharibənin başa çatmasını sürətləndirmək üçün ABŞ Ukraynaya göstərdiyi bütün dəstəyi dayandırmalıdır. Əslində isə o, Rusiyanın əsl niyyətlərini ortaya qoyub: Moskva həqiqi diplomatiyanın əvəzinə müharibəni heç bir fasilə vermədən davam etdirmək istəyir”, – deyə diplomat vurğulayıb.

Sibiqa əlavə edib ki, Rusiya elitaları “öz rəhbərləri ilə birlikdə paralel dünyada yaşayırlar” və onlar uda bilmədikləri müharibəni başa çatdırmaqdansa, özlərinin yüz minlərlə əsgərini mənasız şəkildə “top yemi” kimi qurban verməyə və iqtisadiyyatlarını sürətlə çöküşə sürükləməyə üstünlük verirlər.

Nazir vurğulayıb ki, yalnız gücləndirilmiş təzyiq Rusiyanın illüziyalarını aradan qaldıra və rusları danışıqlar masasına gətirə bilər.

Tarix
2026.09.10 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla