Yuxarı

Rusiya və ABŞ-da problemli kreditlər necə həll edilib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və ABŞ-da problemli kreditlər necə həll edilib?

Problemli kreditlərin qeyri-bank üsulları ilə həll olunduğu hallar praktikada yox dərəcəsindədir.

Axar.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanına münasibətini bildirərkən deyib. O bildirib ki, 2008-ci il ABŞ ipoteka böhranı qlobal böhrana çevrildikdən sonra yüz milyonlarla insanın ipoteka və ya kredit borcları yarandı:

“Amma onların heç birinə heç bir dövlətdə birbaşa dəstək olmadı. Yalnız banklara bəzi güzəştlər etməklə dolayı dəstək halları olub. Məsələn, qonşu Rusiyada bank üsullarından istifadə edildi. Kollektor agentlikləri, borcun satılması və ya qapalı paylı investisiya fondları vasitəsi ilə və s. Keçmiş SSRİ respublikaları içərisində qeyri-bank metodlarından istifadə cəhdləri olub, amma bu da büdcə vəsaiti hesabına olmayıb. Bəzilərinin səcdə etdiyi ABŞ-da ipoteka borcunu verə bilməyənlərin hamısı mənzillərini itirdi. Aİ ölkələrində, xüsusən Yunanıstanda da yalnız bank üsulları ilə həll cəhdləri var. Hazırdı bu ölkədə problemli kreditlər ümumi kredit kütləsinin 44,8 %-ni təşkil edir”.

Tarix
2019.03.02 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla