Yuxarı

Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Şəkidə təşkil etdiyi “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli” mövzusunda təlim çərçivəsində KİV nümayəndələri "Mazımçay" gömrük postuna səfər edib.

Axar.az xəbər verir ki, məntəqədə jurnalistlərə Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev "Yaşıl Dəhliz" haqqında məlumat verib:

"Vətəndaş və sahibkarlar tərəfindən necə qarşılanır deyə onlarla görüşüb sorğu-sual aparırıq. Sürücülərdən də kreativ təkliflər almağa çalışırıq. İşin içində biz və onlarıq. Sualımız bununla bağlı olur ki, bugünkü gündə sizin üçün "Yaşıl dəhliz"də bir pəncərə, bir inspektor layihəsini həyata keçiririk, bu yaxşıdır. Amma hər zaman bir yaxşıdan daha yaxşısı var prinsipindən, daha nələr edə bilərik deyə suallara veririk. Maraqlıdır ki, çox zaman sürücülərdə yaxşı, kreativ ideyalar olur. Bütün problemləri zamanla həll edirik və istəyimizə də nail oluruq. Onlarla daima maarifləndirmə işi aparırıq ki, biz burada sizin üçün xidmət aparırıq. Ona görə onların ideyalarını da dinləmək bizim üçün maraqlıdır. Bu son zamanlar çox istifadə etdiyimiz və effektli metoddur. Əvvəl özümüz fikirləşib bir addım atırdıqsa, onlarla operativ şəkildə birgə addım atanda 2-3 addım daha tez irəliyə gedirik.

Əvəllər bir TIR mala 15-20 dəqiqəyə yazılırdısa, indi bu proses 5-10 dəqiqəyə başa çatır. Bəzən bir tırın içində 20 adda mal olur. Bu zamam onların hər birini qeyd etdiyimiz üçün bu proses bir neçə dəqiqə uzana bilər. Lakin bu sahədə də işlər gedir. Düşünürük ki, ən qısa müddətdə burada növbələr olmasın deyə biz bu prosesləri təyinat orqanlarına yönləndirək. Yəni 10 dəqiqə olmasın, 2 dəqiqə olsun.

Burada bütün prosedurlar keçdikdən sonra yol vergisi və digər ödənişlər gömrük postunda olan "Azərpoçt"a ödənilir. Yəni gömrük işi ilə bağlı proseslər bitdi, artıq ödənişlər olur. Bugünkü gün ödənişlər "Azərpoçt"un filialları həyata keçirir. Lakin gələcəkdə yəqin ki, fərqli sistemə keçəcəyik. Çox güman ki, bankomat olacaq. Məqsədimiz odur ki, insan faktoru ortadan qalxsın. Yəni indi "Azərpoçt"a, orada. Da dövlət büdcəsinə gedirsə, xüsusi cihazlar qoyulduqdan sonra artıq birbaşa dövlət büdcəsinə gedəcək, bu zaman daha da operativ olacaq. Hazırda bunun üzərində işləyirik".

Gömrük rəsmisi beynəlxalq təcrübə ilə yanaşı yerli ideyalara da üstünlük verildiyini bildirib:

"Beynəlxalq təcrübələrdə xaricdə olan sistemi birəbir tətbiq etmirik. Çünki hər bir ölkənin özünün yerli şəraiti var, iş prinsipi var. Biz o ölkələrdə olan ən kreativ ideyaları götürüb sintez edib Azərbaycan formatı üçün şəraitə uyğun şəkildə formalaşdırıb tətbiq edirik. Bu gün "Yaşıl dəhliz"dən istifadə etməyimiz o demək deyil ki, bu, hər zaman belə olacaq. Bu layihə bu dövr üçün ən yaxşı layihə olduğu üçün tətbiq edirik. Bəlkə dövran və tələblər dəyişdikcə layihələr də dəyişər. Şərt deyil beynəlxalq təcrübəni götürmək. Hərdən elə olur ki, bizim öz əməkdaşımız elə təklif verir ki, yerli şəraitə daha uyğun olur və beynəlxalq təcrübələrdən daha yaxşı olur. Çünki onu da ortaya çıxaran bir insan beynidir, burada olan da insan beynidir. Hərdən elə kreativ ideyalar olur ki, heç beynəlxalq təcrübəyə də ehtiyac olmur. Beynəlxalq təcrübəni də yerli şəraitə sintez edərək Azərbaycan formatına uyğunlaşdıraraq o şəkildə tətbiq edirik".

"Mazımçay" Gömrük Postunun Baş inspektoru Murad Rəsulov isə gün ərzində "Mazımçay" postundan 15-20 nəfərin "Yaşıl Dəhliz"dən istifadə etdiyini bildirib:

"Yaşıl Dəhliz" sistemini əldə etmiş sürücülər pəncərəyə yaxınlaşıb digərlərindən fərqli formada burada yazılır. Digər pəncərələrdə isə adi qaydada gələn nəqliyyat vasitələri orada qeydiyyat olunur. "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadə edənlərin sərhəddən daha sürətli keçməyin təmin etmək üçün yaradılan bir bölmədir. Sürücülər həmin pəncərəyə yaxınlaşır, orada bütün prosedurlar həyata keçirilir. Daha sonra oradan yola salınır. Əvvəlcədən onlarda bəyan olduğu üçün bizdə məlumatlar olur və proses daha sürətli olur. Sənədlərin çoxluğundan asılı olaraq proses təxminən 10-15 dəqiqə davam edir.

Hazırda "Yaşıl Dəhliz" dən istifadə edənlərin sayı o qədər də çox deyil. Gündəlik təxminən 15-20 nəfər olur. İxraca daha azdır, idxalda dediyim kimi təxminən 15-20 nəfər olur".

Tarix
2019.03.13 / 21:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla