Yuxarı

Mnatsakanyan və Lavrov nəyi müzakirə etdi? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla böyük qardaşı arasında danışıqların əsas mövzularından biri Qarabağ olub.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər naziri və Sergey Lavrov arasında baş tutan telefon danışığına münasibət bildirən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, şimal qonşumuzun siyasi sistemində xarici işlər naziri postu kifayət qədər vacib və yüksək yer tutur:

“Tarixən Rusiyadakı liderlər – imperatorlardan, çarlardan tutmuş sovet liderlərinə qədər, hər biri xarici siyasətə cavabdeh şəxslərin fikirlərini nəzərə alıb. Müasir Rusiya tarixində Kozırev və Primakov Rusiya xarici siyasətində əsas söz sahibi olan şəxsiyyətlər idi. Belə ki, 1991-1999-сu illərdə prezident Yeltsin olsa da, bu ölkənin 1991-1996-cı illər xarici siyasəti ilə 1996-1999-cu illər siyasəti kəskin fərqlənir. Kozırev Qərbə inteqrasiyanı strategiyasında əsas tutmuşdusa (Qərbə açılım, NATO ilə az qala dostluq və s. ), vəzifəyə Primakov gələn kimi xarici siyasət orientirlərində dəyişiklik edildi. Moskva Qərb ilə münasibətlərdə yumşaq siyasətdən hücum siyasətinə keçdi, Çin və MDB ilə əlaqələrə böyük diqqət yetirildi”.

Politoloq vurğulayıb ki, hazırda bu postu tutan erməni əsilli Lavrov heç vaxt Azərbaycanın yanında olmayacaq:

“Bu gün Ermənistan və Rusiya arasındakı bütün münasibətlərin planı, strategiyası və gedişatı məhz həmin o nazirlikdə “qurulur, çeynənilir və yedizdirilir”. Düşünürəm ki, bizim xarici işlər naziri özünü güclü nazir kimi aparmalı və milli maraqlarımız daha konkret şəkildə hər üç həmsədr dövlətə çatdırılmalıdır”.

Qeyd edək ki, dünən Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Tarix
2019.03.19 / 11:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla