Yuxarı

Bakıda məzhəb savaşına cəhd necə önlənir? - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 27-də Prezident İlham Əliyev "Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında" sərəncam imzaladı.

Dövlət başçısı 2015-ci ildə ölkənin müxtəlif dini icmalarına 2,5 milyon manat (3 milyon dollardan çox) maliyyə yardımı ayırdı. Bu vəsait Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) hesabına köçürüləcək.
Dövlətin maliyyə yardımının respublikanın dini icmaları arasında bölüşdürülməsi işi ilə bu qurum məşğul olacaq. Ancaq dini icmalara dövlət yardımı ilk dəfə ayrılmırdı. Hökumət bu istiqamətdə mütəmadi olaraq iş aparıb.

Eyni zamanda, ibadət evlərinin inşası, restavrasiyası həyata keçirilib. Qafqazın ən möhtəşəm və ən böyük məscidinin Bakıda tikilməsi də dövlətin din sahəsində yürütdüyü siyasətin tərkib hissəsidir. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı İslam paytaxtı elan edilmişdi. Tarixə nəzər yetirəndə də təsdiqləmək olar ki, ölkədə heç zaman dinlərarası, məzhəblərarası qarşıdurma yaranmayıb. İstər sovet, istər müstəqillik illərində dini təriqətlər bir-birinə qarşılıqlı hörmət əsnasında fəaliyyət göstəriblər.

Axar.az yada salır ki, nə yəhudilərə, nə xristianlara müsəlmanlardan fərq qoyulmayıb. Bakının mərkəzində sinaqoqlar, kilsələr fəaliyyətdədir. Hətta Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, ermənilər Azərbaycana aid tarixi-mədəni abidələri məhv edirlər, Bakıda isə erməni kilsəsi qorunub saxlanıb.

Amma son bir neçə ay ərzində fitnə yaratmaq, təxribat törətmək, Yaxın Şərqdə gedən məzhəb savaşını Azərbaycana tranformasiya etmək, bu prosesi körükləyib qızışdırmaq istəyən qüvvələr meydana çıxıb.
Bunu dini komitənin rəhbəri Mübariz Qurbanlı da, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə də artıq dilə gətirməyə başlayıblar. Şeyx və komitə sədri dini radikalizmin güclənməsini, fəallaşmasını ciddi narahatlıqla dəfərlərlə vurğulayıblar.

Bu provokasiyaların bəzi işartıları nəzərə çarpmağa başlayıb. Əvvəlcə, Sabirabad bazarında sələfinin saqqalının zorla qırxılması, daha sonra Qaraçuxur məscidini yandırmağa cəhd göstərilməsi sübut edir ki, ölkədə məzhəblərarası münasibətləri düşünülmüş surətdə qızışdırmaq istəyənlər var. Azərbaycan xalqının xarakter etibarilə tolerant, fərqli dinin və təriqətin daşıyıcılarına normal yanaşması bu təxribatçılara fəaliyyətləri üçün heç bir imkan tanımasa da, hardan təlimat aldıqları hələlik açıqlanmayan bu qruplar əhalinin həssas nöqtələrinə toxunmağa çalışırlar. Lakin proseslərin gedişi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi onu deməyə əsas verir ki, hüquq-mühafizə orqanları bu təxribatların qarşısını almaqda operativ addımlar atır.

Yada salaq ki, sentyabrın 23-də MTN 26 İŞİD tərəfdarını həbs edib. Bu günlərdə isə Sumqayıtda evini məscid edən və gizli hücrəsində silah-sursat saxlayan sələfi Zöhrab Şıxəliyev həbs olunub.

Tarix
2014.12.01 / 22:01
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla