Yuxarı

İlham Əliyev helikopterin vurulmasından danışdı -Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev qoşunların təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatlara münasibət bildirib.

ANS TV-nin məlumatına görə, prezident Rusiyanın "Rossiya-24" telekanalı müsahibəsində deyib ki, Paris görüşündən sonra Ermənistan ordusunun 47 minlik təlimləri təxibat idi. Amma bununla belə prezident onu da qeyd edib ki, münaqişənin həlli ilə bağlı vasitəçilər fəallaşıb.

"Münaqişənin nizamlanması ilə bağlı danışqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi. Hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil deyə hətta Dağlıq Qarabağ muxtar vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və 1000-dən çox hərbi texnika iştirak edib. Soruşuram: Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?", -deyə İlham Əliyev qeyd edib.

Tarix
2014.12.02 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla