Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2019


Matviyenkonun Bakıda dediyi sözlər təhrif edilib - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı məmnunluqla izlənilir.

Azərbaycan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Haqqın.az-a müsahibəsində bildirib ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana uğurlu səfəri növbəti dəfə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini və iki ölkənin möhkəmlənən strateji tərəfdaşlığını göstərdi.

Valentina Matviyenko səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb, Milli Məclisdə, ASAN xidmətdə və Gimnastika Federasiyasında olub. Özünün görüşləri və çıxışlarında rusiyalı qonaq Rusiya-Azərbaycan münasibətlərinin dirçəldilməsində Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin böyük rolunu xüsusi olaraq vurğulayıb.

Əli Hüseynli qeyd edib ki, Valentina Matviyenko Azərbaycanda rus dilinə və rus ədəbiyyatına bu cür hörmət göstərilməsindən, rus icmasının vəziyyətindən məmnunluq ifadə edib, həmçinin bildirib ki, Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı məmnunluqla izlənilir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bir sıra Rusiya KİV-ləri Valentina Matviyenkonun Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlərdən bir neçəsini kontekstdən çıxararaq, xüsusilə bəyan ediblər ki, “Matviyenko Azərbaycan Prezidentinə “total imla” yazmağı təklif edib. Ona görə də bir neçə Azərbaycan KİV-ləri Rusiya KİV-lərinin xəbərlərinə istinad ediblər. Mən bu məsələyə aid olan çıxışın tam mətnini təqdim etmək istəyirəm.

“Universitetlər çərçivəsində elmi əməkdaşlığı da, rusiyalı tələbələrin Azərbaycanda və azərbaycanlı tələbələrin Rusiyada təhsil almasına yönəldilmiş gənclərin mübadiləsini son dərəcə mühüm hesab edirəm.

Biz hər il Azərbaycandan olan tələbələrə dövlət təqaüdü ayırırıq. 2018-ci ildə 205 təqaüd ayrılıb, lakin ümumilikdə Rusiyanın bütün universitetlərində müxtəlif formalarda 15 min azərbaycanlı tələbə təhsil alır.

Biz qəbulun həcmini artırmağa hazırıq. Bu istiqaməti olduqca mühüm hesab edirik.

Bilirəm ki, sizdə rus dili üzrə olimpiada da keçirilir. Mənə məlumdur ki, rus dili üzrə ümumi imla olub. Əgər növbəti dəfə Azərbaycan Prezidenti bu imlada iştirak edərsə, düşünürəm ki, hamı fəal şəkildə ona qatılacaq. Bu, bir növ simvolik aksiyadır, lakin çox mühümdür”.
Əli Hüseynli deyib: “Yuxarıda göstərilən çıxışın mətnindən də məlum olur ki, xanım Matviyenkonun İlham Əliyevlə görüşündə söylədiyi sözlər təhrif edilib”.

Milli Məclisin deputatı bildirib ki, rus dili üzrə “Total imla” rus dilinin bütün dünyada inkişafı üzrə ən populyar aksiyalardan biridir. Xatırladaq ki, artıq üç ildir ki, Bakı Slavyan Universitetində də “Total imla” humanitar aksiyası keçirilir.

Əli Hüseynli deyib: “Bütün dünyada keçirilən bu aksiyada adi vətəndaşlarla yanaşı, görkəmli ictimai və siyasi xadimlər də iştirak edirlər. Hətta bir sıra böyük dövlətlərin başçıları da bu aksiyada iştirak etməyə dəvət alırlar. Beləliklə, Valentina Matviyenko məhz İlham Əliyevi bu aksiyada iştirak etməyə dəvət edib və bu, birmənalı olaraq, dövlətimizin başçısına dərin ehtiramın təzahürüdür”.

Yazının əsli ilə buradan tanış ola bilərsiniz!

Tarix
2019.04.13 / 21:31
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Saakaşvilidən Bakı və Tiflisə - Müraciət

Gürcüstan XİN-dən Keşikçidağ insidenti ilə bağlı - Açıqlama

Türkiyə parlamentində xüsusi iclas keçirildi - Foto

XİN: Bakı üçün ən önəmlisi sazişin əldə olunmasıdır

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim etdi

İki aspektin mahiyyəti: Brüssel erməniləri məyus etdi...

"Meqafon" Azərbaycandan üzr istədi: Qarabağ...

Şahbazlı Kipr mediasına Azərbaycandan danışdı

DTX-da Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Sarayevodan Ammana yeni aviareys açılacaq

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla