Yuxarı

Bu, Rusiyanı məhv edəcək – Şok sanksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın SWIFT sistemindən çıxarılmasını iqtisadi savaş kimi də qiymətləndirmək olar".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

O, Rusiyanın SWIFT sistemindən çıxarılmasının iqtisadiyyatın çökməsinə səbəb olacağını bildirib:

"Rusiyanın SWIFT sistemindən çıxarılması praktik olaraq rus banklarının beynəlxalq sövdələşmələri və transferləri həyata keçirə bilməməsi deməkdir. Xatırlayırsınızsa, İranla bağlı da ABŞ belə bir sanksiya tətbiq etmişdi. Ölkənin SWIFT sistemindən çıxarılması sanksiyalar içərisində ən ağırı hesab olunur. Bu, ölkənin xarici ticarət əlaqəsinin məhv olmasına səbəb olur ki, nəticədə də iqtisadiyyatı dağılır. Bu sanksiyada əsas məqsəd ölkə iqtisadiyyatında durğunluğa nail olmaq və həmin dövləti qlobal iqtisadiyyatdan təcrid etməkdir. Rusiya banklarına belə bir şey tətbiq olunsa, onda ölkənin iqtisadiyyatı qısa zaman içərisində çökəcək; rus şirkətlərinə xarici ticarət əlaqələrini, rus banklarına xarici sövdələşmələri həyata keçirməyə imkan verməyəcək. Bu, Moskva üçün kifayət qədər böyük zərbə olardı".

İqtisadçı Rusiyaya qarşı bu tip sanksiyaların Azərbaycana böyük təsir etməyəcəyini deyib:

"Rusiyaya belə bir sanksiyanın tətbiq edilməsi Azərbaycana da təsir göstərəcək. O mənada ki, Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana ödənişlərində problem yaradacaq. SWIFT sistemi olmadığına görə azərbaycanlılar banklar vasitəsilə pul göndərmək imkanına malik olmayacaqlar. Azərbaycan, əlbəttə, ticarət əlaqəsində olduğu ölkələrə bu sanksiyanın tətbiqinin tərəfdarı deyil. Bu, Azərbaycanla Rusiya arasında olan bank sövdələşmələrində də problem yarada bilər. Amma ümumilikdə bu sanksiyalar Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməyəcək".

Qeyd edək ki, Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bir müddət öncə verdiyi bəyanatında Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWIFT-dən uzaqlaşdırılması barədə ABŞ-ın apardığı müzakirələrin müsbət yekunlaşacağı təqdirdə, bu sanksiyanın müharibə kimi başa düşüləcəyini demişdi.

Onu da xatırladaq ki, SWIFT ümumdünya banklararası telekomunikasiyadır. Gün ərzində bu sistemdən orta hesabla 6 trilyon dollar keçir. Burada təxminən 210 ölkənin 10 min maliyyə təşkilatı iştirak edir.

Tarix
2014.12.06 / 13:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla