Yuxarı

Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göyçay şəhərində Göyçay rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Axar.az xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin kadr və digər məsələlərlə bağlı 72 vətəndaş nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Bundan əlavə, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Kürdəmir şəhərində Kürdəmir rayonunun 49, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə Ucar şəhərində Ucar rayonunun 53 sakinini və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Tarix
2019.05.14 / 23:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla