Yuxarı

Avropa Liqasının finalı ilə bağlı bu reyslər ləğv edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Dəmir Yolları" QSC-nin hazırladığı Tədbirlər Planına əsasən, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar olaraq, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək “Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün 28.05.2019-cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

Bakıdan 29.05.2019-cu il tarixdə bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.

Tarix
2019.05.22 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla