Yuxarı

Dünya liderlərinin Prezidentə təbrikləri davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:31

San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selva və Mişel Muratori Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, təbrikdə qeyd edilir:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, səmimi qəlbdən xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah, inkişaf və firavanlıq diləyirik".

***
Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram", - təbrikdə qeyd edilir.

***

Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, ilk növbədə, Sizə dərin ehtiramımı bildirim və ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi diləyirəm.

Uzun illərdir ki, bizim regionlar arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondunun və Bakının Nərimanov rayonunun fəal iştirakı ilə Həştərxan vilayətində bizim region üçün əhəmiyyətli olan bir sıra investisiya layihələri həyata keçirilib. Həştərxan şəhərində Azərbaycan İşgüzar Mərkəzinin, iri logistik habın yaradılması Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi-ticari əlaqələrin spektrini əhəmiyyətli dərəcədə genişləndirir.

Bakı ilə Həştərxan arasında müntəzəm aviareyslərin bərpa edilməsi səmərəli qarşılıqlı fəaliyyətin növbəti parlaq nümunəsidir. Bu aviareyslər işgüzar fəallığı daha da stimullaşdıracaq, turizm əlaqələrini inkişaf etdirəcək və humanitar əməkdaşlığı genişləndirəcək. Bu layihə Sizin şəxsi dəstəyiniz sayəsində mümkün olub. Buna görə Sizə bütün həştərxanlılar adından dərin minnətdarlığımızı bildirirəm.

Səmimi qəlbdən ümid edirəm ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək", - təbrikdə deyilir.

Tarix
2019.05.24 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla