Yuxarı

Mxitaryan qorxursa, “Pampers” alsın - Kançelskis

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Yunayted” və “Everton” klublarının keçmiş yarımmüdafiəçisi Andrey Kançelskis “Rusfootball.info” nəşrinə müsahibəsində “Çelsi” və “Arsenal” arasındakı Avropa Liqası finalı və “Tottenhem”lə “Liverpul” arasındakı Çempionlar Liqası finalı barədə gözləntiləri, həmçinin siyasi motivlərə görə “Arsenal”ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryanın Bakıdakı həlledici oyuna getməkdən imtina etməsi barədə fikirlərini bölüşüb.

Axar.az sözügedən müsahibəni təqdim edir:

- Avrokubokların finalında 4 ingilis klubunun təmsil olunması faktı sizi təəcübləndirdi?

- Hazırda İngiltərə Premyer Liqası Avropa futbolunda 1 nömrədir. Bu fakt digər çempionatların hazırda İngiltərədən geridə qaldığını göstərir. İspanların və italyanların dominantlıq etdiyi vaxtlar da olub. İndi isə ingilislərin növbəsidir. Burada qəribə və təəccüblü heç bir şey yoxdur, hər şey qanunauyğundur.

- Çərşənbə günü Bakıda keçiriləcək Avropa Liqası finalında “Çelsi” və “Arsenal” kubokun sahibini müəyyən edəcəklər. Kimin üstün olduğunu düşünürsünüz?

- Əminəm ki, baxımlı futbol olacaq. Ancaq mərc heç vaxt etməmişəm, bunun nə olduğunu bilmirəm. Əgər komandaların şansları barədə danışsaq, hazırda mənə elə gəlir ki, “Çelsi”nin şansı artıqdır. Çünki onların bütün xətlər üzrə balanslı heyətləri var. Düşünürəm ki, onlar qalib gələcək. Ancaq final finaldır. Məncə, penaltilər seriyasına qədər getməz və oyun əsas vaxtda başa çatar. İstənilən halda gözəl oyun olacaq, çünki ingilislər açıq futbol oynayırlar. Məhsuldar oyun gözlənilir.

- “Arsenal”ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan siyasi motivlərə görə Bakıya uçmaqdan imtina edib. Oyunçunun qərarına necə yanaşırsınız?

- Mən bunu anlamıram. Kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan – get və oyna. Cəfəngiyyatdır!

Sadəcə gülməlidir. Bu nə klounluqdur! Futbolun futbol, siyasətin siyasət yeri var. Get və oyna, göstər ki, heç kimdən qorxmursan. Ümumiyyətlə, orada sənə nə edəcəklər ki? Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən asılı olmayaraq, sən getməli və oynamalısan. Sənə burada heç kim barmağı ilə belə toxunmayacaq! Fitə basa və qışqıra bilərlər... İngiltərə millisinin qapısına əllə qol vurduğu üçün Maradonanı da fitə basırdılar. Maradona ki sağdır! Əgər Mxitaryan belə qorxubsa, qoy onda özünə “Pampers” alsın. Beş il yarım əvvəl “Spartak”da çıxış edən böyük futbolçu İlya Sımbalar dünyasını dəyişəndə və klubun nümayəndələri Odessaya dəfn üçün getməyə qorxanda mən bu cür danışmışdım. Qorxurdular ki, öldürəcəklər. Onlar açıq şəkildə bəyan etdilər ki, qorxurlar. O zaman da demişdim ki, özlərinə “Pampers” alsınlar. Kim sizə toxunacaqdı? İnsan ömrünü “Spartak”a həsr etdi, onlar isə gəlmədilər. “Spartak”da oynayanda lazımlı idi, belə bir hadisə baş verəndə isə bir qəpik belə vermədilər. Bu dəhşətlidir. Klub o zaman çox çirkin davrandı. Yalnız azarkeşlər nələrsə topladılar. Əgər insan istəsə, özündən asılı olan hər şeyi edə bilər. Yox əgər qorxursansa, o zaman qorxaq olduğunu etiraf et. Rəhbərliyin yerində olsam, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirmədiyinə görə cərimə edərdim. Əgər Avropa Liqasında uduzsalar, o zaman Mxitaryan günahkardır. Çünki gəlib komandasına kömək etmədi.

- Çempionlar Liqasının finalı barədə nə düşünürsünüz?

- Bu final da maraqlı olacaq. Çünki yenə də ingilis komandalarının kiçik bir mənfisi var: istənilən nəticədə onlar açıq futbol oynayırlar. Məsələn, italyanlar bir qol vurduqdan sonra qapanırlar, ingilislər isə bunu bacarmırlar. Buna görə də Çempionlar Liqası finalında da məhsuldar qarşılaşma gözlənilir. Əlbəttə, “Liverpul”a azarkeşlik etməyəcəm. Məhz həmin şəhərin “Everton” klubunda oynamışam. Onlar bizim “düşmən”imizdir. Ümumiyyətlə, bu gün “Liverpul” çox şeyə layiqdir: yaxşı mövsüm keçirib, maraqlı oyun oynayıb. Ancaq əlbəttə ki, bu qarşılaşmada mənim simpatiyam “Tottenhem” tərəfdə olacaq.

Tarix
2019.05.29 / 14:37
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

XİN-dən Paşinyana cavab: 1918-ci ilin bəyannaməsində...

Türkiyə, Azərbaycan və Gürcüstan saziş imzaladı

Əlincədağ təbiət abidəsi yaradılır

Lamiyə və Orxan “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycanla delimitasiya sənədinə bu tarixdə baxılacaq

Bakı ilə İrəvan arasında sülh bu şəhərdə imzalana bilər

Bayramov Ukraynanın yeni XİN başçısı ilə danışdı

Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi

Sülh prosesinin təşəbbüskarı Rusiyadır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla