Yuxarı

İdmançı xalası oğlunu öldürən şəxsə ağır cəza...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda idmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinaətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y. İsmayılov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğa məlumat daxil olub.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov isə Etibarın xalası oğludur.

Tarix
2024.09.10 / 17:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Bakıdan Niderlanda çağırış: Buna son qoyun!

XİN-dən Şengen vizası ilə bağlı şikayətlərə - Reaksiya

Bu xalqların azadlığı işinə dəstəyimizi davam etdiririk

Zirəddin Rzayev Elman Paşayev haqda nələr dedi?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Azərbaycan İrandakı səfirini geri çağıra bilər

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Fransadan bunu gözləyirik - Rəsmi Bakı

Ermənistan rəhbərliyi Bakıya dəvət edildi - Rəsmi

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla