Yuxarı

Fransadan bunu gözləyirik - Rəsmi Bakı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra açıq-aşkar şəkildə antiazərbaycan mövqeyi tutması təəssüf doğurur. Fransanın hərəkətləri Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında münasibətlərin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşməsinə səbəb olur.

Axar.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

O bildirib ki, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa Birliyində, Frankofoniya təşkilatında və digər beynəlxalq platformalarda Azərbaycana qarşı təşəbbüsləri bu ölkənin neytral vasitəçi olması iddialarının tamamilə əsassız olduğunu sübut edib:

“Fransanın Azərbaycana qarşı ittihamlarına baxmayaraq, bizim Fransaya qarşı atdığımız addımlar və rəsmi bəyanatlarımız yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub.

Tərəfimizdən dəfələrlə bəyan olunduğu kimi, Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistanın hərbi potensialının gücləndirilməsi sülh və sabitliyə təhdiddir və Ermənistanın bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.

Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, dialoq kanalları həmişə bizim tərəfimizdən açıq saxlanılıb. Biz Fransa tərəfinin Azərbaycana qarşı hərəkətlərindən əl çəkəcəyini, bizə qarşı olan və regional sabitliyi pozan siyasətinə son qoyacağını gözləyirik”.

Tarix
2024.09.17 / 12:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla