Yuxarı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Azərtac-ın regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk Qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və AB-nin artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında deyilib.

ABŞ-ın Ermənistana yardımlarını artırmasına gəldikdə bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın daha böyük regional təhlükəsizlik və tərəqqi təmin edəcəyinə inandığımız davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir:

“Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.

Tarix
2024.09.18 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla