Yuxarı

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycanın Türkiyədə fəaliyyət göstərən yeddi nəfər haqqında beynəlxalq axtarış elan etməsi diqqəti bir daha radikal dini-siyasi təşkilatların fəaliyyətinə yönəldib.

Axar.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.

“Bu şəxslərdən Abdullah İmamoğlu (Zəkəriyə Can - red.) oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında “Hizbüt-Təhrir”in təşkil etdiyi aksiyanın bəyanatını oxuyub. Həmin aksiyada səsləndirilən şüarlardan biri xüsusilə diqqətəlayiqdir: “Təh dövlət, tək ümmət, tək çözüm: Xilafət” (Tek devlet, tek ümmet, tek çözüm: Hilafet).

Bu, sadəcə hicab azadlığının müdafiəsi deyil. Bu şüarın arxasında milli dövlətlərin suverenliyini vahid dini hakimiyyət ideyasına tabe etməyə çalışan siyasi dünyagörüş dayanır. “Hizbüt-Təhrir” də öz proqramında xilafətin bərpasını məqsəd kimi göstərir.

Azərbaycan və Türkiyənin münasibətlərini belə radikal dini-siyasi ideologiyalar müəyyən etməməlidir. İki ölkəni ortaq tarix, dil, mədəniyyət və dövlətçilik maraqları bağlayır. Bu əlaqələr nə dini təriqətlərin, nə də xilafət tərəfdarlarının siyasi layihələrinə qurban verilə bilər.

Oxşar problem İranın dini-siyasi modelini Azərbaycan üçün nümunə hesab edən bəzi şiə siyasi çevrələrində də görünür. Onlar üçün məzhəb həmrəyliyi bəzən milli və dövlətçilik maraqlarından üstün tutulur. İranın Ermənistanla uzun illər davam edən yaxın münasibətlərinə baxmayaraq, Tehranı ideoloji mərkəz kimi qəbul etmələri bu ziddiyyəti daha da aydın göstərir.

Dini etiqad azadlığı ilə dini ekstremizm eyni şey deyil. İnsan istədiyi dinə və məzhəbə inana bilər. Lakin dini inancı milli dövlətçiliyi inkar edən siyasi layihəyə çevirmək başqa məsələdir.

Azərbaycan–Türkiyə münasibətlərinin gələcəyini nə xilafət xülyası quranlar, nə də xarici dini-siyasi mərkəzlərə bağlılıq təbliğ edənlər müəyyən etməlidir. Bu münasibətlərin təməlində iki müstəqil dövlətin suverenliyi, xalqların qardaşlığı və ortaq milli maraqlar dayanmalıdır”.

Tarix
2026.10.20 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla