Yuxarı

Rusiyada saxlanılan Paşayev müharibə zamanı, görün, nə edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada saxlanılan Paşayev müharibə zamanı, görün, nə edib

Xəbər verdiyimiz kimi, keçmiş vəkil Elman Paşayev Rusiyada saxlanılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb.

Axar.az Globalinfo.az-a istinadla Elman Paşayevin dosyesini təqdim edir:

Elman Məhərrəm oğlu Paşayev 22 dekabr 1971-ci ildə Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.

1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra jurnalist, daha sonra Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı kimi çalışıb. 1997-ci ildə Moskvaya köçüb və burada hüquq karyerasına başlayıb.

Birinci Moskva Hüquq İnstitutunda (hüquqşünaslıq ixtisası), Moskva Dövlət Hüquq Akademiyasında (hüquqşünaslıq ixtisası) və Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasında (kadr siyasəti üzrə dövlət qulluğu ixtisası) təhsil alıb. O, Moskva Dövlət Hüquq Akademiyasında kriminalistika ixtisası üzrə aspirant olub.

2004-cü ildə Moskva “Egida” Vəkillər Kollegiyasına qəbul olunub. 2009-cu ildə Beynəlxalq Hüquq Şirkəti Elman Qrup MMC-ni təsis edib. 2019-cu ildə o, Rusiya Ədalətli Qüvvələrin İttifaqı partiyasının təşkilatçısı olub.

E.Paşayev 2020-ci ilə qədər üç dəfə vəkillik statusundan məhrum edilib. 2018-ci ildə Mıtişi Şəhər Məhkəməsi Paşayevi hədə-qorxu ilə tələbetmə ittihamı ilə iki ay müddətinə həbs edib. İttihamlar yenidən təsnifləşdirildikdən sonra o, bir il sınaq müddətinə azadlıqdan məhrum edilib.

İddia edilir ki, E.Paşayev Ukraynadakı döyüş bölgəsində rus hərbçilərinə yardım çatdırıb. Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev 2024-cü il 29 aprel tarixində Rusiya-Ukrayna müharibəsində Ukraynanın Uqledar şəhərində dron hücumu nəticəsində ağır yaralanıb.

Fəaliyyətinə görə Elman Paşayev Rusiya Federasiyası Federal Vəkillər Palatasının, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Moskva sərhəd İnstitutunun, Rusiya Federasiyası Müdafiə Nazirliyinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin, Başqırdıstan Respublikası Vəkillər Palatasının, Yamalo-Nenets Muxtar Dairəsinin Vəkillər Palatasının, Azərbaycan Respublikası Veteranlar cəmiyyətinin müxtəlif mükafat və təşəkkürləri ilə təltif edilib.

O, Alyona Paşayeva adlı qadınla evlidir, iki övladı var.

Tarix
2024.09.17 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla