Yuxarı

Bu tədbir "Azercell”in tərəfdaşlığı ilə baş tutacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək.

Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq.

Qeyd edək ki, regionun ən perspektivli startaplarını bir araya gətirəcək bu tədbir “Technovate Investments” və “Pegasus Tech Ventures”in təşəbbüsü ilə keçirilir. Müsabiqəyə tərəfdaş qismində qatılan Azercell ölkəmizdə startap mədəniyyətinin inkişafına, sahibkarlıq ekosisteminin və innovasiyaların təşviqinə töhfə verməyi hədəfləyir.

Yarışma çərçivəsində yerli startaplar sahibkarlıq ideyalarını beynəlxalq müstəvidə nümayiş etdirmək imkanı da əldə edəcəklər. Belə ki, layihələrin dəyərləndirilməsi müxtəlif sektorları təmsil edən səkkiz nəfərlik jüri heyəti tərəfindən aparılacaq. Yekunda qalib gəlmiş bir startap müsabiqənin final mərhələsində ölkəmizi ABŞ-də təmsil edəcək.

Bu günə kimi 100-ə yaxın startap müsabiqədə iştirak üçün artıq qeydiyyatdan keçib.

Qeyd edək ki, “Startup World Cup” ən yaxşı startapları, vençur kapitalistləri, sahibkarları və texnologiya sahəsində dünya üzrə tanınmış ekspertləri bir araya gətirən qlobal konfrans və yarışmadır. Bu müsabiqə 60-dan çox ölkədə keçirilir.

Layihə haqqında ətraflı məlumat əldə etmək üçün:

Home | Startup World Cup

Tarix
2024.09.17 / 13:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla