Yuxarı

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan daim bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı tərəf olub. Üçtərəfli bəyanat çərçivəsində uzun müddət bu prosesin irəlilədilməsinə səy göstərilib. Ermənistan isə hansı açıqlamalar verməsindən asılı olmayaraq, öz üzərinə bu istiqamətdə müəyyən öhdəliklər götürüb.

Axar.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

O bildirib ki, üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil olunacağı açıq-aydın yazılıb:

“Ancaq Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərini son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müvafiq infrastruktur, nəqliyyat layihələrinin həyata keçirilməsində daim maraqlı olub, bu istiqamətdə işlər görüb və davam etdirir. Ermənistan tərəfi isə son dörd ildə ancaq bu prosesə maneə törətməyə cəhd göstərib. Bunun müqabilində isə Azərbaycan kommunikasiya layihələrinin açılması üçün alternativ variantların da hazırlanması üzərində çalışıb. Elə bu fonda Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə əldə olunmuş razılaşma və bu istiqamətdə aparılan işlər bir daha göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti apardığını nümayiş etdirir”.

Tarix
2024.09.17 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla