Yuxarı

Naftalanda tarixi abidə qalıqları aşkarlandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naftalanda tarixi abidə qalıqları aşkarlandı - Foto

Naftalanda Qalaboynu tarixi abidəsi ərazisində Əhəmənilər dövrünə aid saraya məxsus ehtimal edilən divar qalıqları aşkarlanıb.

Kult.az Report-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Qalaboynu tarixi abidəsinlə bağlı bildirib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan artıqdır.

Yaşayış yeri hələ 2020-ci ildə qeydə alınaraq ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb.

Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib.

Divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr aşkarlanıb, qalınlığı 15-30 sm olan daşların kənarları isə səliqə ilə yonulub.

Ekspedisiya rəhbərinin dediyinə görə, aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olduğu ehtimal edilir.

Qeyd edək ki, yaşayış yeri ölkəmizdə sayca bu tip 3-cü abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən tapıntılar böyük tarixi və elmi marağa səbəb olub və ərazidə daha intensiv tədqiqatların davam etdiriləcək.

Tarix
2024.08.28 / 22:26
Müəllif
Kult.az
Digər xəbərlər

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla