Yuxarı

Həyasızlığın erməni zirvəsi: “ermənifobiya” şüvənliyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər dünən Bakıda “Çelsi”nin darmadağın etdiyi “Arsenal”ın erməni futbolçusu Henrik Mxitaryanın adı ilə qara piar aparmaqda davam edirlər. İndi də Qarabağ separatçıları “bəyanat” yayaraq, erməni həyasızlığının hüdudsuzluğunu bir daha gözlər önünə səriblər.

Bəyanatda deyilir ki, azərbaycanlılarda və Azərbaycan hakimiyyətində ermənilərə qarşı “ksenofobiya” və “ermənifobiya” var. Qeyd edilir ki, bu illər ərzində (Yəni Qarabağda müharibədən sonra) azərbaycanlıların ermənilərə qarşı pis münasibəti nəinki azalmayıb, hətta artıb.

Əvvəla, Azərbaycan hakimiyyətində ermənilərə qarşı radikal, ekstremist fikir mövcud deyil. Azərbaycan insanının bir istəyi var: işğalçı erməni ordusu Qarabağdan və ətraf rayonlardan dərhal rədd olsun. Azərbaycan hakimiyyətində “ermənifobiya” olsaydı, Prezident İlham Əliyev Bakıda erməni əsilli idmançını şəxsən təltif etməzdi.

Azərbaycan hakimiyyətinin sadə erməni xalqına heç bir neqativ münasibəti, planı yoxdur.

O ki qaldı Azərbaycan xalqına, burda məsələ bir qədər fərqlidir: onillərlə qoynunda yer verib, “kirvə” deyib arxa çevirdiyi ermənilərin bir anda əzrayılına çevrildiyini görən azərbaycanlılar nə etməlidir?

Azərbaycan xalqı onu soyqırıma, etnik təmizləməyə məruz qoyan qoynunda bəslədiyi ilana necə münasibət göstərməlidir?

“Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağı bacarmazlar. Biz bu stereotipi qırdıq”, - bu, Serj Sərkisyanın sözüdür və prezident olduğu vaxt verdiyi bu müsahibə bütün dünyaya bəllidir.

Öz caniliyini, vəhşiliyini prezident səviyyəsində etiraf etmiş bir millətin indi belə bir həyasız bəyanat yayması misilsiz dərəcədə absurddur. Bu, tayı-bərabəri olmayan erməni həyasızlığıdır.

Azərbaycanlıların erməni ordusuna və silahlı erməni quldurlarına nifrət etməsi çox təbiidir. Çünki bu quldurlar mülki əhaliyə, azərbaycanlılara divan tutub, hamilə qadınlara, azyaşlılara qarşı ən iyrənc cinayətləri törədib. Xocalıda zorlanıb öldürülən qadınların, qızların övladları bu gün gənc yaşdadırlar. Onlar ermənilərə sevgi izhar etməlidir? Yoxsa 2 yaşlı Zəhranın atası ermənilərlə qol-boyun olmalıdır?..

Tarix
2019.05.30 / 15:04
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla