Yuxarı

“Krıma görə sanksiya, Qarabağa görə yardım?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Parlamentdə qaldırdığım məsələyə Amerikanın ölkəmizdəki səfirliyinin operativ reaksiyasını müsbət qiymətləndirsəm də, nəticə dəyişmir".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkli Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, hazırda Avropa Birliyi Krıma sanksiyaların son paketini razılaşdıraraq, bunun icrasını 27 üzv ölkənin hamısına göndərib:

"Söhbət son dərəcə ağır şərtlərdən gedir və hiss olunur ki, Qərb Ukraynanın intiqamını təkcə ruslardan yox, həm də 96 faizdən yuxarı səs vermiş krımlılardan almaq fikrindədir. Birliyin müəyyənləşdirdiyi yasaq rejiminə nələr daxil deyil? Faktiki olaraq yarımadaya qarşı genişmiqyaslı iqtisadi və siyasi cəza tədbirləri tətbiq edilir. İlk növbədə, avropalı şirkətlərə Krıma investisiya qoymaq qadağan edilir, həmçinin, maliyyə-bank əməliyyatlarına, ticari əməkdaşlığa, turist səfərlərinə və diplomatik ələqalərə də qəti şəkildə yasaq qoyulur. O cümlədən, Krım sularının neft sektorunda və digər enerji təsərrüfatında texnologiyaların tətbiqi, birgə işlənməsinə dair razılaşmalar da sanksiya rejiminin təsiri altına düşür. İndi sual olunur, Krımda bir güllə atılmadan həyata keçirilmiş birləşmə əməliyyatından fərqli olaraq, Dağlıq Qarabağdakı separatçı rejim Ermənistanla bərabər açıq hərbi təcəvüzə əl atdığı halda nə üçün eyni sərtliyin və iqtisadi-siyasi təzyiqlərin hədəfinə çevrilmir? Axı krımlılar 800 mindən artıq insanın doğma torpaqlarından çıxmasına bais olmayıblar? Halbuki Qarabağ nəinki belə sanksiyaları öz üzərində hiss etməyib, əksinə, işğala görə onları mükafatlandırıblar da".

Z.Oruc Amerikanın 1998-ci ildən bu yana Dağlıq Qarabağa maliyyə yardımının 183 milyon dolları üstələdiyini bildirdi:

"Ermənistan isə Konqresdən 21 il ərzində 2 milyard dollar vəsait alaraq demokratiyaya, siyasi islahatlara və hüququ cəmiyyət quruculuğuna xərcləməyə dair öhdəliklər götürsə də, faktiki olaraq həmin pullarla işğal rejimini daha da möhkəmləndirməyə çalışıb. Biz iddia etmirik ki, həmin pullar silaha və ya texnikanın alınmasına gedib, lakin zorla başqa ərazilərin ələ keçirilməsi cəzalandılmadığı təqdirdə sülh prosesindən nəticə gözləmək absurddur. Əgər Avropa Birliyi Krımın rəhbərini öz qitələrində görmək istəmirsə, onda Bako Saakyan hansı statusla Qərb ölkələrinin parlamentlərində müxtəlif qəbullarda iştırak edir? Yaxud, əksinə, Azərbaycanın razılığı olmadan Xankəndinə səfərlər edən avrodeputatların söykəndiyi qanunları və hüquqi prinsipləri bizə göstərmək mümkündürmü?"

Millət vəkili bir ay öncə Qarabağın saxta rəhbərinin Amerika kilsələrində və Konqresində dua edərkən onu Dmitri Aksyonov kimi oradan qovmağın heç kəsin ağlına gəlmədiyini söyləyib:

"Yoxsa, yenə də "Samoanın prezidenti köpək oğludur, lakin öz köpəkoğlumuzdur" məntiqi diplomatiyanın dəyişilməz qanunudur? ABŞ və AB Qarabağa sanksiyalar tətbiq etməli, dünyada ərazilərin zorla dəyişdirilməsinə qarşı olduğunu sübuta yetirməlidir. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bundan böyük yardım ola bilməz".

Tarix
2014.12.18 / 16:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla