Yuxarı

Prezidentin səlahiyyəti əlindən alındı: Moldovada nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada baş verən gərginlik hələ bir müddət davam edəcək və bu ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Moldovada Prezident Dodonun səlahiyyətlərinin əlindən alınması və parlamentin buraxılması ətrafında baş verən prosesləri şərh edərkən deyib. O, Moldovadakı proseslərin uzunmüddətli daxili gərginliyin nəticəsi olduğunu bildirib:

“Parlamentin buraxılması haqqında qərar siyasi təzyiqlər nəticəsində verilib. Hesab edirəm ki, prosesin arxasında Moldovanın ən varlı adamı Demokratik Partiyanın sədri Vladimir Plaxotnyuk dayanır. Onun Moldovanın siyasətində rolu kifayət qədərdir. Hazırkı hökumət də Plaxotnyukun nəzarəti altındadır. Parlamentin indi buraxılması qərarı onun mövcud “hakimiyyətinin” uzadılmasına hesablanıb. Plaxotnyuk əvvəl düşünürdü ki, Baş nazir Maya Sandu ilə danışıqlara gedib yeni hökumət və parlament formalaşdıracaq. Lakin Sandu bu əməkdaşlıqdan imtina etdi. İndi baş nazir seçilən Sandunun özü də İqor Dodonun hakimiyyətdən getməsi üçün bütün vasitələrə əl atacaq.

Ümumiyyətlə, son illərdə Moldovada ikihakimiyyətlilik formalaşmışdı. Bir tərəfdə prezident, digər tərəfdə Plaxotnyuk dayanırdı. Hesab edirəm ki, gərginlik Moldovada daha bir neçə ay hökm sürəcək və bu, ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Politoloqun fikrincə, Kişinyovdakı gərginlik xarici müdaxilələrin təsirindən kənarda qalmayacaq və tərəflərdən hər biri özlərinə dayaq tapmağa çalışacaqlar:

“Düşünürəm ki, Moldovanın daxilində gedən proseslərə xaricdən müdaxilələr heç şübhəsiz olacaq. Prezident Dodon çalışacaq ki, bu hadisələrə Rusiyanın təsiri artsın. Belə ki, indiki situasiyada ona ən böyük dəstəyi ancaq Vladmir Putin verə bilər”.

Qeyd edək ki, dünəndən etibarən Moldovadakı siyasi gərginlik özünün ən pik həddinə çatıb. Belə ki, Prezident İqor Dodonun təklifiylə Maya Sandu ölkənin baş naziri seçilib. Bununla da ilk rusiyayönlü və avropayönlü siyasi təşkilatlar ittifaq qura biliblər. Sandunun baş nazir seçilməsinə Dodonun Sosialistlər Partiyası və ACUM Bloku səs verib.

Yeni baş nazirin ilk gündən etibarən fəaliyyəti qəbuledilməz olub. Belə ki, səsvermənin keçirildiyi iclasa keçmiş Baş nazir Pavel Filipin üzvü olduğu Demokratik Partiya deputatları qatılmayıb. Səsvermədən az sonra Konstitusiya Məhkəməsinə müraciət edən Pavel Filip parlamentin qərarının ləğv edilməsini istəyib. Konstitusiya Məhkəməsi bu qərarı dəstəkləyib və Filipi prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. Məhkəmənin belə qərar qəbuluna səbəb isə parlamentin yeni hökuməti 7 iyuna qədər formalaşdırmalı olduğu, amma bunu yalnız 8 iyunda edə bildiyi əsas göstərilib və hökumətin fəaliyyətinin qanunsuz olduğu elan edilib. Filip isə prezidentlik vəzifələrini ələ aldıqdan az sonra parlamenti buraxıb. Sandunun rəhbərlik etdiyi hökumət və parlamentin deputatları Filipi qəbul etmədiklərini, tezliklə buna görə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini bəyan ediblər.

Moldova parlamenti 4 siyasi qüvvədən təşkil edilib. Parlamentdə böyük çoxluq Sosialistlər Partiyası (35) və Demokratik Partiyadadır (30). Onlardan sonrakı yerlərdə isə ACUM Bloku (26), ŞOR Partiyası dayanıb.

Tarix
2019.06.10 / 13:36
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla