Yuxarı

Tonoyanın bu açıqlaması müharibə deməkdir – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tonoyanın bu açıqlaması müharibə deməkdir – Video

09:00

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, ötən gün isə Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun şəhid olması bir daha sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının davam etdirilməsini istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Ermənistan Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın cəbhədəki son olaylar barədə açıqlamalarına münasibət bildirərkən deyib. O, son dövrlər Ermənistan ordusunun təxribatları nəticəsində ordumuzun iki hərbçisinin şəhid edilməsinin XİN rəhbərlərinin görüşü ərəfəsində qarışıqlıq yaratmaq məqsədi daşıdığını söyləyib:

“Paşinyanın və Tonoyanın hərəsinin bir söz deməsi şəhidlərimizi geri qaytarmayacaq. Qarabağ məsələsində düşmənlərimiz birdirlər və bizə itki verdirməkdə davam edirlər. Ermənistanın Müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib. Paşinyan isə bununla bağlı təkzib verib. Bu isə göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır. İstənilən halda Ermənistan artıq öz yalanları ilə həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir”.

Politoloqun sözlərinə görə, erməni iqtidarı ya bilərəkdən, ya da bilməyərəkdən hər şeyi edir ki, Azərbaycan müharibəyə başlasın:

“Tonoyanın növbəti açıqlamasından sonra Azərbaycana yalnız bir şey etmək qalır: düşmənə qanla cavab verib, torpaqları azad etmək”.

Qeyd edək ki, ötən gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu 2000-ci il təvəllüdlü Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Tarix
2019.06.11 / 11:47
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

Netanyahu İrana qarşı hücumun adını dəyişdirdi

Bayram Beqay Azərbaycana gəlir

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla