Yuxarı

“Şübhəlilər ona görə həbsdə deyillər ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şirvan polisi hazırda adları və kimlikləri istintaqa bəlli olan həmin şəxslərin tutulması istiqamətində intensiv istintaq əməliyyat-axtarış tədbirlərini davam etdirir".

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Şirvan şəhərində baş verən quldurluq hadisəsini şərh edərkən dedi.

DİN rəsmisinin sözlərinə görə, hadisə ilə bağlı həbs olunan şəxsin yaxınlarının mediada yaydıqları iddialarının heç bir əsası yoxdur:

"Dekabrın 9-u Şirvan şəhərində oğurluq hadisəsi baş verib. Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girən 3 maskalı şəxs onu və qızı Sevinci bıçaqla hədələyərək evdən pul və qızıl əşyaları götürərək hadisə yerini tərk ediblər. Şirvan polisinin həyata keçirdiyi istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərdən biri, Şirvan şəhər sakini İsrail Vəliyev saxlanılıb. Cinayəti törətmiş digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir".

O.Mansurzadə İ.Vəliyevin qohumlarının cinayəti törətmiş digər şəxslərin Şirvanda rahat-rahat gəzməsi ilə bağlı dediyi fikirlərin də əsassız olduğunu bildirdi:

"Saxlanılan şəxsin qohumları iddia edir ki, cinayəti törədən digər qrup üzvləri Şirvanda rahat şəkildə gəzir. Onlar iddia edir ki, qohumları İ.Vəliyev sadəcə evin yerini nişanlayıb. Bildirmək istəyirəm ki, aparılmış araşdırmalar zamanı İ.Vəliyevin təkcə nişan verən yox, cinayətin birbaşa iştirakçısı olduğu təsdiqlənib. O, oğurluq törədilən mənzildə vaxtilə usta kimi çalışıb və həmin şəxsləri də oğurluğa İ.Vəliyev təhrik edib. Həmin maskalı şəxslərdən biri də onun yaxın qohumudur. Yəni İ.Vəliyev nişan verən yox, elə cinayətin təşkilatçısıdır. Ona görə də saxlanılan cinayəti törətmiş şəxsin yaxınları izi itirmək üçün, onun günahını azaltmaq üçün həqiqətə uyğun olmayan məlumat yayır. Bu düzgün deyil. Əslində, bu şəxs cinayətin təşkilatçısıdır. Digər tərəfdən, tutulan şəxsin qohumları iddia edir ki, cinayəti törətmiş digər qrup üzvləri Şirvan şəhərində rahat-rahat gəzir. Şirvan polisi hazırda adları və kimlikləri istintaqa bəlli olan həmin şəxslərin tutulması istiqamətində intensiv istintaq əməliyyat-axtarış tədbirlərini davam etdirir. Əgər iddia olunduğu kimi, onlar Şirvanda elə rahatlıqla gəzsəydilər, çoxdan tutulardılar. Yenə də deyirəm, bu cür iddiaların heç bir məntiqi əsası yoxdur və qohumlar adından yayılan məlumat bu şəxsin günahsız obrazının yaradılmasına xidmət edir".

Xatırladaq ki, İ.Vəliyevin yaxınları cinayətin əsas səbəbkarlarının azadlıqda olduğunu, tutulan qohumlarının isə cinayətin dolayısı ilə iştirakçısı olduğunu iddia edir.

Tarix
2014.12.19 / 17:49
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla