Yuxarı

“Şöhrət” ordenli alim qurultaya niyə buraxılmadı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, "Şöhrət" ordenli alim İzzət Rüstəmovun Azərbaycan alimlərinin I Qurultayına dəvət edilib-edilməməsi ilə bağlı AMEA-nın mətbuat xidmətində heç bir məlumat yoxdur.

Bu sözləri Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətinin əməkdaşı Baba Yaşaroğlu bildirib.

B.Yaşaroğlu qeyd edib ki, bu səbəbdən bununla bağlı bir söz demək mümkün deyil:

"Ola bilər ki, qurultaya rektor və prorektorlar dəvət olunub. Ola bilər, bu səbəbdən İzzət Rüstəmov dəvət edilməyib. Konkret bir söz deyə bilmərik. Həftənin ilk iş günü bununla bağlı ətraflı məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I Qurultayında mübahisə yaşanıb. Azərbaycan alimlərinin I Qurultayına Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov buraxılmayıb. Qapıdan geri qaytarılan professora adının qurultayda iştirak edəcək alimlərin siyahısında olmadığını bildiriblər.

Xatırladaq ki, qurultaya buraxılmayan professor 1991-ci ildə Akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Şöhrət ordeni" ilə təltif olunub. İ.Rüstəmov 1994-1999-cu illər ərzində Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb.

Tarix
2014.12.19 / 18:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla