Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2019


Bu, Heydər Əliyevin sayəsində mümkün oldu - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bugünkü müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat vurğulayıb ki, müstəqilliyin ilk dövründə Azərbaycanda vəziyyət olduqca kritik idi:

“O zamankı hakimyyətin səriştəsiz fəaliyyəti hər gün ölkəni xaosa və parçalanmağa sürükləyirdi, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz o çətin vəziyyətdə Azərbaycanı bu bəlalardan ulu öndər Heydər Əliyev xilas etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədəki bütün özbaşınalıqlara son qoydu, sabitliyi bərpa etməyə başladı.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.

B.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi sözlə ifadə etmək çətindir:

“Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı hamıdan əvvəl xalqının səsinə səs verən məhz Heydər Əliyev oldu”.

Millət vəkili vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı siyasət bugünkü müstəqil dövlətin qərarlaşması, inkişafı, Azərbaycan xalqının çox işıqlı və inamlı gələcəyini təmin edib:

“Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutub, qüdrətli, güclü bir ölkəyə çevrilib və bu gün hər bir azərbaycanlı həqiqətən də Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Bu qürurun da əsasını qoyan ulu öndər Heydər Əliyevdir. Bu gün də ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan sürətlə inkiaf edir. Heydər Əliyev ideyaları bu gün də yaşayır, Azərbaycan dövlətinin inkişafı və qüdrətlənməsinə xidmət edir”.

Tarix
2019.06.13 / 01:39
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

AŞPA-da təxribat: Munyama erməniləri belə susdurdu

Putin Gürcüstana uçuşları ləğv etdi: İstiqamət Azərbaycana...

İlham Əliyev onlara general rütbəsi verdi: 3 sərəncam

Ramil Usubov BDU-da: Buraxılış işləri... - Foto

Zakir Həsənov ordumuza səsləndi: İstənilən döyüş əmri...

İlham Əliyev Xorvatiya və Sloveniyaya məktub ünvanladı

Özoraldan Türkiyədəki seçkilərə - Münasibət

"İmamoğlunun qələbəsi Ərdoğanın xeyrinə olacaq"

AKP İstanbulu uduzdu: Nələr olacaq? – Şərh

Fuad həbs edilməli idi, yaxşı qurtardı - Kuznetsov

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla