Yuxarı

Mənsimovdan deputata cavab: Gərəksiz azarkeş?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənsimovdan deputata cavab: Gərəksiz azarkeş?..

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ötən gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı açıqlama verib. Onun azarkeşlərin fikirlərinin əhəmiyyətsiz olması ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da Ağacan Abiyevin sözügedən açıqlamasına münasibət bildirib.

M.Mənsimov qeyd edib ki, deputatın azarkeşlərlə bağlı belə sözlər deməsi çox yanlışdır:

“Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ağlasığmaz bir açıqlama verib. Deputatın “azarkeşlərin gedib öz işləri ilə məşğul olması” ilə bağlı dedikləri məncə, yanlış yanaşmadır, sən xalqın ağası olmaq üçün deyil, onlara xidmət etmək üçün ordasan”.

M.Mənsimov bildirib ki, heç bir vətəndaş ölkənin adının məğlublar sırasında olmasını istəməz:

“Azarkeş olmasa, futbol olmaz! Azarkeş olmasa, ümumiyyətlə, idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur, əslində, siz yaxşı bilməlisiniz. Komanda uduzursa, “azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur” nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır və millət bayrağının heç vaxt yenilməsini istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək, “gərəksiz azarkeşlər” milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür”.

Qeyd edək ki, ötən gün millət vəkili Ağacan Abiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı demokrat.az-a açıqlamasında bu sözləri deyib:

“Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir”.

Tarix
2019.06.13 / 11:04
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla