Yuxarı

“Avropa Türkiyəyə təzyiq haqqını itirib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya-Türkiyə arasında yeni yaranan ittifaq siyasi maraqlardan çox, iqtisadi əməkdaşlıqdan ibarətdir".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, hər iki tərəfin iqtisadi sahədə əməkdaşlığı artırması çox normaldır:

"Bu, eyni zamanda, Rusiyanın hazırkı vəziyyətinə uyğun olaraq da təbii haldır. O ki qaldı Avropa Birliyinin və ABŞ-ın bu ikitərəfli əməkdaşlıqdan narahatlığına, əgər birliyi pozmaq üçün soyqırımı tanımaq və Türkiyəyə təzyiq etmək kimi problemlər yaradılarsa, bu, onlara heç nə verməyəcək. Sadəcə olaraq Türkiyə kimi önəmli müttəfiqi itirəcəklər. Buna görə də hesab edirəm ki, AB hər hansı bir təzyiqi düşünməkdənsə, Türkiyəyə interqrasiya prosesində ciddi addımlar atsa, bu, vəziyyəti tamamilə dəyişdirə bilər. Ancaq indi Avropa Türkiyəni yeni ittifaqda qəbul etmirsə, deməli, problemin mahiyyəti başqadır. Baxın, Türkiyə ilə 60 ildən çoxdur ki, saziş imzalansa da, Birliyə qəbul edilmir. Bu, tam haqsızlıqdır. Çünki iqtisadi və bir sıra digər məsələlər nöqteyi-nəzərindən Türkiyədən daha pis vəziyyətdə olan ölkələr var ki, hazırda AB-nin üzvüdür. Buna görə də AB-nin Türkiyəyə təzyiq etməyə mənəvi haqqı yoxdur. O ki qaldı soyqırım öncəsi atıla biləcək hər hansı bir addıma, onu da qeyd edim ki, bu məsələdə ilk addımı atan Rusiya idi. Ancaq nə dəyişdi? Heç nə".

Tarix
2014.12.20 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla