Yuxarı

Qırıcımıza atılan raketlər: İrəvan müharibə başladır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Ermənistan tərəfi sərhəddən xeyli uzaq məsafədə təlim keçirən, təmas xəttini keçməyən və erməni hərbi hissələrinin üzərindən uçmayan hərbi təyyarələri vurmağa cəhd edirsə, bu, atəşkəsin kobud şəkildə pozuntusudur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli iyunun 12-də Füzuli istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdlərindən danışarkən deyib. O, bu təyyarələrin mürəkkəb müharibə şəraitinə yaxın döyüş hazırlıqları, bomba, raket atma, eləcə də digər növlü silahlardan atəş açmaq təlimləri həyata keçirdiyini bildirib:

“Birdən-birə Azərbaycan ərazisi üzərində, təmas xəttindən xeyli kənarda aviasiya vasitələrinə atəş açılması beynəlxalq hüquq normalarına, eləcə də müharibəylə bağlı razılaşmalara kökündən ziddir. Bu, erməni tərəfinin növbəti provokasiyasıdır. Əvvəla, bu təyyarələr təmmas xətti boyunca uçsa belə, ən azından təyyarənin uçuş xətti ilə sərhəd xətti arasında 50 km məsafə olur. Hərbi təlimlər əsasən döyüş hazırlığı xarakteri daşıyır. Bu təyyarələr çox böyük səs gücünə malikdir və cəbhəboyu xəttində erməni əsgərlərinə və burada yaşayan erməni əhalisinə mesaj məqsədi güdür. Azərbaycanın hərbi aviasiya təlimlərini keçirməkdə əsas niyyəti müharibə başlayacağı təqdirdə aviasiyanın gücündən tam istifadə ediləcəyini göstərməkdir”.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin növbəti dəfə belə təxribatçı addım atması Azərbaycanı müharibəyə təhrik etmək xarakteri daşıyır:

“Bütün bunlar onu göstərir ki, ermənilər özlərini həddindən artıq həyasız və davakar ruhda aparırlar. Onlar Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər, amma Azərbaycan bilir ki, bu prosesləri nə vaxt və necə yerinə yetirmək lazımdır. Bu gün aviasiya sahəsində tam üstünlük Azərbaycana məxsusdur. Azərbaycanın qırıcı, bombardmançı eləcə də pilotsuz kamikadze təyyarələri Ermənistan ərazisində istənilən nöqtəni vurmaq qabiliyyətinə malikdir”.

Q.Hüseynlinin fikrincə, sonuncu təxribat cəhdi həm də bir növ bizim aviasiya üçün özünütəsdiq imkanıdır:

“Düşünürəm ki, bu uçuşlar ermənilərin potensial imkanlarını öyrənmək üçün yaxşı bir şəraitdir. Onsuz da aviasiya təlimləri artıq bir neçə gündür başlayıb. Ordumuzun istismarında olan bütün qırıcı, qırıcı-bombardmançı, həmçinin pilotsuz kamikadze təyyarələrindən geniş istifadə edilir. Bu, indiyə qədər keçirilən yerüstü hərbi təlimlərin sonuncu fazasıdır. Bu təlimdə həm əməliyyat şəraitinin öyrənilməsi, həm də düşmən tərəfinin özünün əhval-ruhiyyəsinə təsir üçün çox prinsipial əhəmiyyətə malikdir”.

Qeyd edək ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Təlim zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərsə də, buna nail ola bilməyib.

Tarix
2019.06.14 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki

Türklər və ermənilər görüşür: Bakını unutmayın! – Çekirge

Azərbaycan AB üçün əhəmiyyətli ölkədir - Orban

MKİ rəsmisi Bakıda Hikmət Hacıyevlə görüşdü

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla