Yuxarı

Biz bu məsələdə Rusiyanın yanında ola bilmərik - Analiz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər AŞPA millət vəkilləri 24 iyun tarixində Strasburqda yay sessiyası zamanı “Parlament Assambleyasının səlahiyyət və səsvermə ilə bağlı qərarların qəbul edilməsi prosesinin təkmilləşdirilməsi” qətnaməsini dəstəkləsələr, o zaman AŞPA reqlament komitəsinin üzvləri Rusiya nümayəndə heyətinin Assambleyaya şərtsiz qaytarılmasını təmin edə bilər.

Axar.az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə həmçinin Ukraynanın ərazi bütövlüyünün tanınması xüsusi qeyd olunub:

“Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra AŞPA-da səsvermə hüququndan məhrum edilib. Rusiyaya qarşı sanksiyalar bir neçə dəfə uzadılıb. Rusiyanın AŞPA-dakı nümayəndə heyəti buna etiraz olaraq 2016-cı ildən başlayaraq qurumun sessiyalarında iştirak etmir. Buna baxmayaraq, hiss olunur ki, Rusiya bu tribunanı əldən vermək istəmir, ona görə də geri qayıtmağın yollarını arayır. Moskva bu məqsədlə Avropada lobbi çalışmalarını genişləndirib. Həmçinin AŞPA-da Rusiyanın geri qayıtmasında maraqlı olanlar var. Məsələ burasındadır ki, Moskva Avropa Şurasının Parlament Assambleyasının büdcəsinin formalaşmasında iştirak edir və bu maliyyədən məhrumiyyət qurumda müəyyən ixtisarlara səbəb olub. Odur ki, Avropadan olan bir qrup deputat Rusiyanın təşkilatda səsvermə hüququnun geri qaytarılmasını istəyir. Bu baş verərsə, deməli, AŞPA-da Krımın işğalı məsələsi arxa plana keçiriləcək. Bu isə Ukraynanın haqlı narazılığına səbəb olacaq. AŞPA-da Rusiyanın xeyrinə lobbiçilik edən avropalı deputatların mövqeyi belədir ki, rusiyalı deputatlar AŞPA-da tənqidlərə cavab vermə imkanına malik olmalıdır. Ancaq rusiyalı deputatlar Krım məsələsində yekdil mövqeyə malikdir və onların verəcəyi cavab bəllidir: “Krım Rusiyanındır və Ukraynaya geri qaytarıla bilməz”.

Təhlildə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və Krımın Ukraynaya məxsusluğunu dəstəklədiyi bildirilir:

“Bu arada, bizi maraqlanıran əsas məsələlərdən biri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin ortaya qoyacağı mövqedir. Dəfələrlə deyilib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və qeyd-şərtsiz Dağlıq Qarabağı Azərbaycan ərazisi saydığı kimi, biz də Ukraynanın ərazi bütövlüyünü və Krımın Ukraynaya məxsusluğunu dəstəkləyirik. Ona görə də Krım məsələsində biz Rusiyanın yanında ola bilmərik. AŞPA-da 2014-cü ilin aprelin 10-da Rusiyanın səsvermə hüququnun əlindən alınması məsələsi səsverməyə qoyulanda Azərbaycan nümayəndə heyəti bitərəf qaldı. Növbəti səsvermədə də Azərbaycan nümayəndə heyəti iki variantdan birini seçməlidir: ya bitərəf qalmaq, ya da səsvermə zamanı zalı tərk etmək. Rusiyanın lehinə səs vermək Krımın işğalına haqq qazandırmağa bərabər olacaq. Rusiya hər dəfə BMT Baş Assambelyasında Azərbaycanın Dağlıq Qarabağla bağlı hazırladığı qətnamələrin əleyhinə səs verir. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti müxtəlif qurumlarda Rusiyanın əleyhinə səs vermir. Rəsmi Bakı Kremli qıcıqlandırmaq istəmir. Ancaq ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və bu məsələlərdə Azərbaycan Rusiyanın yanında yer ala bilməz. Əks halda bu bizim Qarabağla bağlı arqumentlərimizi zəiflədər. Ukrayna və Avropa AŞPA-da Rusiya ilə bağlı kimin necə səs verəcəyini diqqətlə izləyəcək. Bu baxımdan yanlış qərar verə bilmərik”.

Tarix
2019.06.20 / 12:45
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla