Yuxarı

Proqnozu doğrulmayan ekspert: Yıldırım niyə uduzdu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkrəm İmaoğlunun qələbəsi bir neçə əsasa söykənir. Lakin bunlardan ən vacibi İstanbul əhalisinin dəstəyidir.

Bu sözləri Axar.az-a açıqlamasında İstanbul böyükşəhər bələdiyyə seçkisinin cüzi fərqlə Binəli Yıldırımın qələbəsi ilə başa çatacağını proqnozlaşdıran siyasi ekspert Kənan Paşayev Əkrəm İmamoğlunun qələbəsini dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, İmamoğlunun qələbəsində kürdlər də ciddi rol oynadı:

“31 mart seçkisinin nəticələrinin ləğvindən sonra nəinki sadəcə İstanbul əhalisi, eləcə də bütün Türkiyə İmamoğlunun məğlubiyyətini ölkədə demokratiyanın məğlubiyyəti kimi qiymətləndirirdi.

İmamoğlunun qələbəsində əsas faktorlardan biri də kürdlərin ona verdiyi dəstək oldu. Terrorçubaşı Abdullah Öcalan əslində kürd əhaliyə seçkidə bitərəf qalmağı məsləhət görmüşdü. Amma HDP sədri Səlahəddin Dəmirdaş tam əksinə təlimat verərək, kürdlərdən CHP-yə səs istədi. Əslində bu da yaxşı göstəricidir. Artıq HDP-nin PKK terror təşkilatından asılı hərəkət etmədiyinin göstəricisidir”.

K.Paşayev bildirib ki, İmamoğlunun qələbəsi yalnız Binəli Yıldırımın yox, eyni zamanda Rəcəb Tayyib Ərdoğanın üzərində qazanılıb:

“İstanbulun AKP üçün itirilməsi iqtidar partiyası üçün ağır nəticələr verəcək. Artıq AKP İstanbulla bağlı bütün planlarında CHP ilə uzlaşmalıdır. Türkiyə 2023-cü ilə yenilənmiş bir idarəçiliklə daxil olacaq. Əgər qarşıdakı illərdə İmamoğlu öz vəzifəsini layiqincə yetirinə yetirib, qazandığı sevgini qoruya bilsə, Türkiyə Cümhuriyyətinin yeni prezidenti olacaq”.

Qeyd edək ki, ötən gün İstanbul böyükşəhər bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə CHP-nin namizədi Ə.İmamoğlu 54,03, AKP-nin namizədi Binəli Yıldırım 45,09 faiz səs toplayıb.

Tarix
2019.06.24 / 10:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla