Yuxarı

AKP İstanbulu uduzdu: Nələr olacaq? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AKP dünən keçirilən seçkilərdə təkcə İstanbulu deyil, xalq arasında nüfuzunu da itirdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli dünən Türkiyədə keçirilən İstanbul bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğlunun qalib gəlməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, AKP bundan sonra da itirməyə davam edəcək:

“Hazırda Türkiyənin siyasi elitası və savadlı vətəndaşları tamamilə Cümhuriyyət Xalq Partiyasının nəzarəti altındadır. Demək olar ki, bütün böyük şəhərlərdə bələdiyyə başçıları CHP-çilərdir. AKP-nin idarəetməsində olan yerlər kiçik şəhərlər və ucqar ərazilərdir”.

Politoloq bu seçkilərdən sonra Türkiyədə köklü dəyişikliklərin olacağını bildirib:

“Düşünürəm ki, bu seçkilərdən sonra CHP növbədənkənar parlament seçkilərini tələb edəcək. Parlament seçkilərindən sonra isə bütün nəzarət Kamal Kılıçdaroğlunun nəzarətinə keçəcək. Bundan sonra Türkiyənin siyasi sistemində köklü dəyişikliklər olacaq. Hesab edirəm ki, baş nazirin səlahiyyətləri bərpa olunacaq və həmçinin, dini fanatizmin qarşısı alınacaq. Türkiyə sivil bir dövlət kimi yenidən Avropa Birliyinə qoşulacaq. Məncə, qardaş ölkədə yeni bir dönəm başlayır və bu yeni dönəm Türkiyəni daha da inkişaf etdirəcək”.

Qeyd edək ki, dünən İstanbul bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu AKP-nin namizədi B.Yıldırıma qalib gəlib.

Tarix
2019.06.24 / 15:24
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla