Yuxarı

Tiflisdə aksiyaya belə yekun vuruldu - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.06.24. 21:29

Gürcüstanın paytaxtı Tiflisdə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb.

Axar.az xəbər verir ki, bu gün günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb.

Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib.

Təşkilatçıların sözlərinə görə, bu gün də Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefası, iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılması tələb olunacaq.

Təşkilatçılar iğtişaş və qarşıdurmaya bacardıqca yol verməyəcəklərini bildirirlər.

Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tiflisdədə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz olaraq başlayıb. Həmin gün gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nümayişçilər parlamentin binasını ələ keçirməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su şırnağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla, ümumilikdə 240 nəfər yaralanıb, 300-dən çox nümayişçi polis tərəfindən saxlanılıb.

Baş verən hadisələrə görə artıq parlamentin sədri İrakli Kobaxidze istefa verib.

***

Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.

Aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə yürüş etməkdən imtina ediblər.

Aksiyanın bu gün saat 19:00-da bərpa olunacağı elan olunub.

Tarix
2019.06.25 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla