Yuxarı

Tramp İrana hərbi müdaxilədən niyə çəkinir? - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İran münasibətləri hazırda beynəlxalq sistemin ən mühüm və aktual məsələsindən biridir. Məsələnin bu qədər əhəmiyyət qazanması problemin tərəfləri və coğrafiyası ilə əlaqəlidir.

Bu sözləri Axar.az-a açıqlamamsında hərbi ekspert Şair Ramaldanov ABŞ Prezidenti Donald Trampın Konqresin izni olmadan İrana qarşı hərbi əməliyyatları başlamaq üçün səlahiyyətə sahib olması barədə sözlərini şərh edərkən deyib. O qeyd edib ki, iki ölkə arasında olan bu gərginlik hələ uzun müddət davam edəcək:

“Əvvəla, hər iki dövlət beynəlxalq baxımından mühüm ölkələr sayılır. Tərəflərdən birinin beynəlxalq sistemin əsas dövləti hesab edilən ABŞ-ın olması problemin nə qədər ciddi və qlobal olduğunu göstərir. Digər tərəf olan İranın ənənəvi bölgə gücü statusuna malik olması və ABŞ-la münasibətləri rəsmi Vaşinqtonun qlobal hegemoniyasına qarşı çıxmaq ritorikası çərçivəsində davam etdirməsi bu problemi daha da artırır. İran-ABŞ arasında olan gərginliyin müxtəlif cəbhələri olsa da, əsasən Yaxın Şərq bölgəsində davam edir. Demokratiya, insan hüquqları və dünyəvi dövlət konseptini təməl dəyər kimi mənimsədiyini bəyan edən ABŞ ilə totalitar, qapalı və dini təmələ dayanan İran arasında mübarizə gedir. Bu mübarizədə ABŞ-ın “azad dünyanı” arxasına alaraq İrandakı rejimi yıxma cəhdlərinə İranın antiimperialist ritorika, islam dünyası amili və nüvə silahı əldə etmə cəhdi ilə cavab verməsi məsələnin çərçivəsini genişləndirir”.

Hərbi ekspert bildirir ki, ABŞ İrana hərbi müdaxilə etməkdən çəkinir:

“ABŞ-ın bu günə qədər İranla müharibə etməməsinin əsas səbəbindən biri İranın bölgədə güc sahibi olmasıdır. Tramp yaxşı başa düşür ki, İran nə Suriya, nə də İraqdır. Buna görə də ABŞ prezidenti müxtəlif sanksiyalar tətbiq etsə də, müharibədən qaçmağa çalışır. İranla bağlı hərbi müdaxilədən təkcə Tehran ziyan görməyəcək, həmçinin, bu müharibənin ABŞ-a da ciddi mənfi təsiri olacaq. Buna görə də hesab edirəm ki, Vaşinqton hökuməti bu məsələni yaxşıca götür-qoy edib müharibə şəraiti yaratmaqdan vaz keçəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Hill” qəzetinə müsahibəsində Konqresin izni olmadan İrana qarşı hərbi əməliyyatları başlamaq üçün kifayət qədər səlahiyyəti olduğunu bildirib.

Tarix
2019.06.26 / 08:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla