Yuxarı

Qüds müzakirəsi: Kimsə geri çəkilməsə... - Karasik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç böyük qüvvə arasında baş tutan bu görüş Suriya böhranının həlli istiqamətində atılan olduqca ciddi addım kimi qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a Vaşinqton Qulf Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik Rusiya, ABŞ və İsrail təhlükəsizlik müşavirlərinin Qüds görüşünü şərh edərkən deyib.

“Bütün bunların mərkəzində İran durur və onun gələcəkdə atacağı hər bir addım bu üç qüvvə üçün böyük əhəmiyyət kəsb edir. İranın koordinasiyası, ən azından müzakirəsi Rusiya, ABŞ və İsrailin gündəmindədir. Tərəflərin heç olmasa birinin geriyə addım atması mütləqdir. Əks halda heç bir razılıq əldə olunmayacaq. Skeptiklər yenə bu görüşə baxıb güləcək və köhnə mövzuların müzakirəsi davam etdiriləcək”.

Xatırladaq ki, ötən gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat Qüdsdə Suriya ilə bağlı üçtərəfli danışıqlar aparıb.

Tarix
2019.06.26 / 10:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla