Yuxarı

NATO və Rusiya generalları Bakıda - Moskvadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal mərkəzlərin hərbi struktur rəhbərlərinin görüşü üçün növbəti dəfə Azərbaycan paytaxtı seçilib. Ötən ilin sonunda Bakı ilk dəfə Rusiya-NATO danışıqları üçün məkan kimi seçiləndə ölkəmizi sevməyənlər artıq “dırnaqlarını yeməyə” başlamışdılar. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov 2018-ci ilin dekabrında Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı o zamankı baş komandanı Körtis Skaparrotti danışıqlar aparıb.

Ötən 7 aydan bir qədər artıq müddətdə geosiyasi planda bir çox şey, hətta NATO-nun Avropadakı komandanı da dəyişib. Hazırda bu vəzifəni Tod Uolters daşıyır. Qlobal dəyişikliklərə baxmayaraq, Bakı bütün dünyaya sübut etməyə müvəffəq oldu ki, hətta dünyanın ən qeyri-sabit regionlarından birində belə etibarlı, müstəqil və inkişaf edən dövlət yaratmaq mümkündür.

Görüşün dəqiq tarixi hələlik açıqlanmayıb. Məlum olan tək şey Uolters və Gerasimovun Bakıda həmçinin Azərbaycanın hərbi rəhbərliyi ilə danışıqlar aparacağıdır. Bu isə Bakı üçün daha bir müsbət hadisədir.

Bu məsələdə müsbət məqamlar olduqca çoxdur. Onlardan ən əsasları ilə bağlı Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi-siyasi ekspert Oleq Kuznetsov danışıb.

Onun sözlərinə görə, Bakı Qərb və Rusiya arasında etibarlı körpüyə çevrilib:

“Bakının dünya arenasında rolu hər gün daha da artır. Bu, Azərbaycana olan etimadın göstəricisidir. Üstəlik bu məsələdə ölkənin müstəsna coğrafi mövqeyi Asiyanın bütün regional yaralı nöqtələrinə - İran, İraq, Suriya, Fars körfəzinin kiçik ölkələrinə və Səudiyyə Ərəbistanına yaxınlığı da rol oynayır”.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının uğurlu xarici siyasəti və beynəlxalq arenada müsəlman və xristian sivilizasiyasının kəsişmə və dialoq məkanı kimi yüksək imici BMT və UNESKO himayəsi altında “Bakı prosesi”ndə öz əksini tapdı.

“Tərəflərin Azərbaycandan qərəzsiz platforma kimi istifadə etməsində ölkənizin heç bir bloka qoşulmaması, Rusiya və onun KTMT müttəfiqləri, xüsusən Belarusla olduğu kimi, həmçinin ABŞ-ın NATO müttəfiqləri Türkiyə, Almaniya və İtaliya ilə, Vaşinqtonun müstəqil və əsas strateji müttəfiqi sayılan İsraillə hərbi-texniki sahədə çoxvektorlu əməkdaşlığı da öz rolunu oynayır.

Bakı rus və amerikalı hərbi ekspertlərin danışıqlar aparması üçün qarşılıqlı anlaşma və konstruktiv dialoq naminə əlverişli atmosferə malik rahat məkan reputasiyası formalaşdırıb. Əgər bütün bunlar olmasaydı, çətin ki, iki supergücün əsas hərbi rəhbərləri mütəmadi olaraq Bakıda görüşərdi. Əgər onların ünsiyyətində kiçik bir qüsur olsaydı, o zaman keçmiş uğursuzluqları xatırlamamaq üçün danışıqlar məkanını dəyişərdilər”, - Kuznetsov bildirib.

Tarix
2019.07.11 / 09:00
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla