Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2019


Bakıya qarşı informasiya savaşı gedir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Mətbuat Şurasının (MŞ) sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin Milli mətbuatın yaranmasının 144 illiyi ilə bağlı müsahibəsini təqdim edir:

- Bu gün Milli Mətbuat günüdür. 144 yaşlı mediamızı necə dəyərləndirirsiniz?

- Azərbaycan mediası dövrün sınaqlarından üzü ağ çıxıb, kifayət qədər böyük yol və məktəb keçib... Bir media qurumu çoxlu informasiya verə, populyar ola bilər, amma onun milli informasiya resursu olması fərqli məsələdir. Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan mediası milli mediadır.

Hazırda Azərbaycan mediası texniki baxımdan auditoriyasını ona lazım olan informasiya ilə təmin etmək səviyyəsindədir. Mediamız həm də ölkədə ictimai rəyin sabit saxlanılmasına, düzgün yola yönləndirilməsinə və qorunmasına da öz töhfələrini verir. Bu da onun milliliyinin, sosial məsuliyyətinin bir tərəfidir. Ümumiləşmiş şəkildə deyə bilərik ki, Azərbaycan mediası həm peşəkar, həm də milli, vətənpərvər mediadır. Ona görə də mediamız öz keçdiyi yolla fəxr edə bilər.

- Yeni medianın imkanlarını və perspektivini necə görürsünüz?

- Bu gün Azərbaycanda medianın bütün qolları - televiziya, radio, çap mediası, agentliklər böyük inkişaf yolu keçib. Yeni media isə çox sürətlə inkişaf edir və Azərbaycan informasiya məkanının, media mühitinin çox böyük bir hissəsinə sahiblənir. Onlayn medianın qanunvericilik bazası da formalaşdı. Belə ki, əvvəlcə Azərbaycanın ayrı-ayrı qanunlarına əlavə və düzəlişlər edildi (Cinayət Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və s.). Bu da internet üzərindən yayılan informasiyaların tənzimlənməsini təmin etdi. KİV haqqında qanunda dəyişiklik edildi, ən nəhayət, 2017-ci ilin mart ayında “İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi” haqqında qanuna yeni və köklü düzəlişlər edildi. Bu dəyişikliklər də öz növbəsində internet mediasını bütövlükdə tənzimləmək və qanunlara uyğunlaşdırmaq üçün əsas yaratdı, internet medianın hüququ bazası formalaşdı. İndi internet medianın o hüquqlara uyğunlaşması prosesi gedir.

Əlbəttə, orta dövrdə bizim internet mediada, sosial şəbəkələrdə çox ciddi problemlər olurdu. Məsələ ondan ibarətdir ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün xarakterik hal idi. İlk olaraq internetdə yaranan trend problemlərdən biri burada müəllif hüquqlarının pozulması, yalan xəbərlərin sürətlə yayılması, insanların şəxsi həyatına müdaxilə ilə bağlı idi.

Nifrət, təhqir, böhtan xarakterli çıxışların yayılması internet media ilə adekvat hesab olunurdu. Şükürlər olsun ki, indi hüquqi baza formalaşandan sonra bu sahədə müəyyən səliqə-səhman yaratmaq olur və internet media artıq peşəkarlaşır. Hazırda onların da arasında peşəkarlar var. Düzdür, biz bunu hər kəsə şamil edə bilmərik. Çünki yenə də internet mediasında müəyyən problemlər mövcuddur.

- Onlayn media ənənəvi medianı doğrudanmı sıradan çıxarır?

- İnternet mediasını ənənəvi media olmadan, ənənəvi medianı da internet mediası olmadan təsəvvür etmək olmaz.

Ənənəvi mediamız peşəkardır, doğru və standartlara uyğun xəbər verir, amma xəbərin çatdırılmasında gecikir. İnternet media isə sürəklidir, amma xəbərin peşəkar hazırlanmasında problemlər var. Yəni ən yaxşısı bu iki komponenti vəhdətdə götürməyimizdir.

Artıq Azərbaycanda bu sahədə peşəkarlaşmış media qurumları var. Elə Axar.az da bu peşəkar medianın sırasındadır. Bizdə çoxlu media var ki, onlar multikommunikasiya tipinə keçiblər. Yəni xəbəri peşəkarlar hazırlayır, onun auditoriyaya çatdırılması üçün isə internetin imkanlarından istifadə olunur. Hesab edirəm ki, ən yaxşı variant budur.

- Dünya informasiya ilə idarə olunur deyirlər. Bu fikirlə razısınızmı?

- Danılmaz faktdır. Təbii ki, bunun həm yaxşı, həm də pis tərəfləri var. Pis tərəfi odur ki, informasiya dövründə həm də informasiya savaşı gedir. Bu savaşda informasiya sistemini yaxşı qura bilən millətlər, dövlətlər inkişaf edirlər. Kimlər ki, bu sahədə işini, azad informasiya məkanını qura bilmirsə, ciddi problemlərlə qarşılaşır.

Azərbaycan da bu sahədə çox ciddi nailiyyətlər qazanıb. Azərbaycanda bu məsələni dərk edirlər və informasiya mühitinin inkişaf etdirilməsi üçün kifayət qədər ciddi proqramlar icra olunur. Bu proqramların bir tərəfi azad söz mühitinin formalaşmasına və inkişaf etdirilməsinə, ikinci tərəfi isə media quruluşlarının instutsional inkişafına yönləndirilib.

Azərbaycanda müstəqil KİV-lərin maddi-texniki bazasının formalaşdırılması, ofis imkanlarının artırılması, jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması üçün çoxsaylı dövlət proqramları həyata keçirilir. Bunların da hamısının başında cənab prezident dayanır. Bu proqramların icra olunması nəticəsində Azərbaycan KİV-ləri kifayət qədər inkişaf ediblər. Buna görə də biz cənab prezidentə təşəkkür edirik. Dövlət mediaya öz əlini uzadır, bir tərəfdən azad söz mühiti yaradır, digər tərəfdən KİV-lərin texniki inkişafı üçün dəstək verir. Azərbaycan KİV-ləri də buna adekvat cavab verir. Azərbaycan informasiya savaşına məruz qalan ölkələrdən biridir. Amma xaricdə Azərbaycana qarşı nə qədər informasiya savaşı aparılsa da, ölkəmizdə ictimai rəy sabit qalır. Azərbaycan əhalisi dövlət ətrafında birləşir, xaricdən gələn heç bir informasiya savaşını ciddiyə almır, çaşqınlıq yaratmır.

Bunun səbəblərindən biri də Azərbaycan KİV-lərinin bu informasiya savaşında ləyaqətlə iştirak etməsi və Azərbaycan oxucusuna düzgün informasiya çatdırmasıdır. Yəni bu informasiya savaşında Azərbaycan KİV-ləri duruş gətirə bilir.

- Azərbaycan mediası dünyaya çıxa bilirmi?

- Əlbəttə, bu sahədə də çoxsaylı uğurlarımız var. Bu gün Azərbaycanın böyük media-holdinqlərinin əksəriyyəti 2-3, hətta bəziləri 6-7 dildə yayım həyata keçirir. Bu, çox gözəl bir nəticədir. Artıq belə KİV-lərin sayı kifayət qədər çoxdur. Dünyanın ən aparıcı siyasi mərkəzlərində onlar akkreditasiya olunur, nümayəndələrini yerləşdirirlər. Hesab edirik ki, yaxın gələcəkdə bu proseslər tamamlanmış olacaq.

Arzu edək ki, Azərbaycan KİV-ləri transmilli KİV-lərə çevrilməyi bacarsınlar.

Tarix
2019.07.22 / 11:32
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyevin çıxışının ardınca bu aksiya... – Məqsəd nədir?

Əli Kərimli ağladı: ona kömək edək...

Azərbaycanla bu dildə danışıla bilməz - XİN

Rusiyadan Azərbaycana maraqlı təklif

Kərimli və Osmanqızı efirdə ağlaşdılar... - Foto

Zatulin bundan xəbərsizdir - Səfirlik

Əli Kərimli azadlığa buraxıldı

Mir Şahinin mitinq şərhi - Video

Son 10 ildə bu sahədə artıma nail olunub - Nazir

Mətbuat Şurasından qanunsuz aksiya ilə bağlı - Müraciət

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla