Yuxarı

Bu rayonun inkişafı üçün böyük işlər görülür - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonun inkişafı üçün böyük işlər görülür - Prezident

Rayonun inkişafına diqqət göstərilir. Son illərdə böyük quruculuq-abadlıq işləri aparılmışdır. Rayonun siması dəyişib və bu gün dediyiniz kimi, Bakının ən qabaqcıl rayonlarından biridir.

Axar.az xəbər verir ki, bunu avqustun 7-də Prezident İlham Əliyev Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanışlıq çərçivəsində sakinlərlə görüşündə bildirib.

"Burada infrastruktur layihələri icra edilir, içməli su layihəsi iki il bundan əvvəl öz həllini tapdı, qazlaşma ilə bağlı bütün məsələlər öz həllini tapdı. İş yerləri yaradılır, burada dərman zavodu tikilir, şpris zavodunun açılışı bir qədər bundan əvvəl reallığa çevrildi. Yəni, bu onu göstərir ki, biz həm iş yerlərinin yaradılması istiqamətində uğurlara nail oluruq, həm də abadlıq işləri aparılır. Məcburi köçkünlər üçün yeni evlər istifadəyə verilib, 300-dən çox ailə orada məskunlaşır. İnzibati binalar, yollar tikilir. Yəni, rayonun hərtərəfli inkişafı üçün böyük işlər görülür və bundan sonra da görüləcəkdir. İş yerlərinin yaradılması da daim gündəlikdə duran məsələlərdən biridir və balıqyetişdirmə zavodunun fəaliyyətə başlaması da, hesab edirəm ki, çox önəmli hadisədir. Əlbəttə, ictimai zonalar, parklar salınır, vətəndaşlar üçün, istirahət etmək üçün gözəl imkanlar var", - Prezident qeyd edib.

Tarix
2019.08.08 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi…

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla