Yuxarı

Klaçkov: “ABŞ Bakıya ən güclü diplomatını göndərdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Azərbaycandakı yeni səfiri xarici siyasət sahəsində kifayət qədər ciddi oyunçudur".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov deyib. O, Sekutanın əsl profesional olduğunu bildirib:

"O, yeni vəzifəsinə Dövlət katibinin energetika və sanksiyalar üzrə birinci müavini vəzifəsindən gəlir. Sekuta energetika, ticarət və diplomatiya sahəsində çox yaxşı mütəxəssisdir. Onun maraqları çərçivəsinə əvvəllər terrorizm və beynəlxalq cinayətkarlıq məsələləri daxil idi. O, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı proqram hazırlayıb. Təsəvvür edin ki, bu adam əvvəllər Vyana, Bağdad, Yohannesburq, Kosova, Tirana, Yaxın Şərqdə çalışıb. Sözsüz ki, bu cür ağır tonlu, təcrübəli şəxsin Bakıya gəlişi Vaşinqtonun Cənubi Qafqaz istiqamətində təzyiqini artırması deməkdir. Əvvəlki səfir Morninqstar Azərbaycan-ABŞ münasibətlərində çətinliklər yaradır, eləcə də respublikanı rəngli inqilablarla şantaj etməyə də cəhd edirdi. Fikrimcə, Sekuta daha incə və zərif hərəkət edəcək. Hesab edirəm ki, onun rəhbərliyi altında Azərbaycan və ABŞ əməkdaşlığı energetika ilə hərbi sahədə daha da güclənəcək. O, Azərbaycanın Türkiyə, İran və Rusiya ilə münasibətlərinə ciddi təsir göstərəcək. Sekuta ən çətin beynəlxalq şəraitdə işləməyi bacaran əsl peşəkardır. Belə kadrlara bütün Qafqaz regionunda gərginlik artdıqda tələbat yaranır".

Tarix
2015.01.09 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla