Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2019


Türkiyə və Rusiya üz-üzə: İdlibdə nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsədin ordusu İdlib vilayətinin cənubundakı Xan Şeyxun şəhərini tam nəzarətə götürüb. Şam-Hələb yolu (M-5 şossesi) üzərində nəzarət bərpa olunub və nəticədə Türkiyə ordusunun Xan Şeyxunun cənub istiqamətində yerləşən Morek qəsəbəsindəki 9 saylı müşahidə məntəqəsi mühasirəyə düşüb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, üç gün əvvəl Türkiyədən bu məntəqəyə göndərilən hərbi yardım konvoyu Suriya (bəzi iddialara görə, həm də Rusiya) aviasiyası tərəfindən bombalanıb: "Türkiyə Baş Qərargahının açıqlamasına görə, bombalanma nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Türkiyə ölənlərin və yaralananların mülki şəxs, Suriya və Rusiya isə “Feylak üş Şam” terrorçuları olduğunu bildirir. Bombardmandan sonra Türkiyə F-16-ları Suriya hava məkanına daxil olsalar da, Suriyanın öz HHM sistemlərini aktivləşdirməsi və Rusiyanın Hmeymim aviabazasından 2 ədəd Su-35 təyyarəsinin havaya qalxmasından sonra geri dönüblər.

Bu gün isə Suriya hərbi təyyarələri türk ordusunun Xan Şeyxundan şimalda, Maarrat ən-Numan şəhəri yaxınlığında yerləşən 8 saylı müşahidə məntəqəsi yaxınlığına xəbərdarlıq atəşi açıb. Türkiyə Astana prosesi çərçivəsində Suriyada 4 deeskalasiya bölgəsinin yaradılması qərara alındıqdan sonra bu razılaşmaya uyğun olaraq İdlibdə atəşkəsə nəzarət üçün 12 müşahidə məntəqəsi qurmuşdu. Üç deeskalasiya zonası Əsəd rejiminin nəzarətindədir, yalnız İdlib qalıb".

Politoloqun sözlərinə görə, Rusiya və İran Türkiyəyə qarşı Bəşər Əsədə dəstək verir:

"Əsəd bütün terrorçu və müxalif silahlı dəstələrin toplaşdığı İdlibi də geri almaq üçün hərəkətə keçib və türk hərbi kontingentinin buradan çəkilməsini istəyir. Rusiya və İran da ona dəstək verir. Hətta Rusiya hərbçiləri bilavasitə yerdəki döyüşlərdə iştirak etməyə başlayıb".

Ş.Cəfərli bildirib ki, bu gəlişmələrdən sonra Ankara-Moskva münasibətlərindəki bahar havasını soyuq rüzgarlar əvəzləyib:

"Putin və Lavrov son günlər Türkiyənin ünvanına sərt açıqlamalarla çıxış ediblər. Putin bildirib ki, ötən ilin sentyabrında Türkiyə ilə Soçi razılaşması əldə olunarkən terrorçular İdlibin 50 faizinə nəzarət edirdilər, bu anlaşmadan sonra isə vilayətin 90 faizini ələ keçirdilər. (Razılıq belə idi ki, İdlib ətrafında hökumət qüvvələri ilə müxaliflər arasında 15-20 km dərinliyində demilitarizasiya zonası yaradılacaq və oradan bütün silahlı dəstələr, eləcə də hərbi texnika çıxarılacaq. Lakin Türkiyə bu şərti yerinə yetirə bilmədi). Rusiya bundan narazı olsa da, Türkiyə və ABŞ arasında S-400 böhranının necə yekunlaşacağını gözləyirdi və bu müddətdə Suriya ordusunun İdlibdə hərbi əməliyyatlar keçirməsini ləngidirdi.

S-400 ZRK-nın hissələrinin Türkiyəyə gətirilməsi Ankara-Vaşinqton münasibətlərində gərginlik yaratsa da, Moskvanın umduğu səviyyədə dərin böhrana səbəb olmadı, Tramp Konqresdən gələn basqılara rəğmən Türkiyəyə sanksiya tətbiq etmədi. (Sanksiya ehtimalı hələ ki tam aradan qaxmayıb). Üstəlik, Türkiyə və ABŞ Suriyanın şimalında, Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəldilər. Bundan başqa, Türkiyə Maduro rejimi ilə iqtisadi əlaqələrini demək olar ki, dayandırıb. 2018-ci ildə Türkiyənin Venesueladan idxalatı 879 milyon dollar həcmində olduğu halda, bu ilin 6 ayında cəmi 4 milyon dollar təşkil edib. Qarşılıqlı ticarət dövriyyəsi 95 faiz azalıb. Səbəb ABŞ sanksiyaları ilə əlaqədar Türkiyənin Maduro rejimindən qızıl almağa son verməsidir.

Bütün bunların nəticəsində Putin Əsədə İdlib əməliyyatları üçün yaşıl işıq yandırdı.

İdlibdəki kritik durum və Türkiyə sərhədinə doğru yavaş-yavaş köç başlaması ilə əlaqədar Ankara Ərdoğan-Putin telefon danışığının təşkili üçün Moskvaya müraciət edib. (Üç gündür cavab yoxdur). Belə xəbərlər var ki, Rusiya Türkiyəyə 8 və 9 saylı müşahidə məntəqələrindəki əsgərlərini geri çəkməyi təklif edib, lakin Ankara rədd edib. Bütün bunlar da iki ölkə arasında gərginliyə səbəb olur".

Politoloq gələn ay Astana prosesi çərçivəsində prezidentlərin növbəti üçtərəfli görüşünün keçiriləcəyini bildirib: "Putin və Ruhani Ərdoğanın həmin görüşə mümkün qədər əli zəifləmiş halda gəlməsində maraqlıdır.

İdlibin Əsədin nəzarətinə keçməsi Türkiyə üçün risklər yaratmaqla bərabər, 7 il əvvəl Şamdakı əməvi camisində namaz qılmaq hədəfi ilə yola çıxmış Ərdoğanın şəxsi məğlubiyyəti anlamına da gələcək"

Tarix
2019.08.23 / 09:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Hərbçimiz həlak oldu

Bu sadizmdir: Sunayın ayağı sınanda... - Professor

Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə - Video

Dünyadan gizlədilir: ABŞ bu müharibəni uduzdu

Bu, sosial siyasətin yeni mərhələsidir - Millət vəkili

İran səfiri təkzib etdi: Dağlıq Qarabağ erməniləri...

İsa Qəmbərdən Qəhrəmanlı olayına maraqlı yanaşma

Deputatın borc qalmaqalı böyüdü: Başqalarından da alıb...

Azay Quliyev seçiciləri ilə görüşdü - Foto

Fuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı - Fotofakt

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla