Yuxarı

İşğal siyasəti İrəvanı belə məhv edir... - Statistika

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalçılıq siyasəti ölkədə hərtərəfli böhrana səbəb olub. Bu gün Ermənistan sosial-iqtisadi, siyasi böhranla yanaşı, humanitar böhranla üzləşib və artıq Ermənistanda demoqrafik vəziyyət təhlükəli həddə çatıb.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib. O bildirib ki, bunu Ermənistana rəhbərlik edən şəxslər də görür və çıxış yolu axtarır:

“Onlar da etiraf edirlər ki, Ermənistanın üzləşdiyi problemlər demoqrafik vəziyyət barədə optimist proqnozlara əsas vermir. O baxımdan da Baş nazir Nikol Paşinyanın “Ermənistan 2050 – Strateji İnkişaf” sənədində irəli sürdüyü digər məsələlərlə yanaşı, əhalinin həmin ildə sayının 5 milyona çatdırılması barədəki tezisi qeyri-ciddi fikirdir. Bunun arxasında ciddi arqument dayanmır. Paşinyanın belə ciddi arqumentlərə söykənməyən fikirləri onun hakimiyyətdəki mövqeyinin daha da laxlamasına yol açır. Çünki onun Ermənistanın əhalisinin 2050-ci ildə 5 milyona nəfərə çatdırılması ilə bağlı səsləndirdiyi fikirlər digər rəsmilərin və beynəlxalq qurumların rəyləri ilə ziddiyyət təşkil edir. Ermənistan rəsmi statistikasına görə, son 8 ildə doğum səviyyəsi aşağı enib və bu, geriyədönməz forma alıb”.

Millət vəkili bildirib ki, son bir neçə ildə Ermənistanda doğum statistikasına nəzər salsaq, dediklərimizi əyani sübut edə bilərik:

“2018-ci ildə Ermənistanda 35 min 502, 2017-ci ildə 37,7 min, 2016-ci ildə 40 min 592, 2015-ci ildə 41 min 763 uşaq dünyaya gəlib. Digər bir məqam ölkədən çıxan insanların çoxu geri qayıtmır. Məsələn, 2017-ci ildə ölkəni tərk edən insanların 40 minə yaxını geri dönməyib və ölkəni birdəfəlik tərk edib. Burada onu da qeyd etmək lazımdır ki, ölkəni tərk edənlərin böyük əksəriyyətini əmək qabiliyyəti olan gənclər və ailəli insanlar təşkil edir. Son illərdə məktəbli yaşında olan uşaqların ailələri ilə birlikdə ölkəni tərk etməsi halları artıb. Növbəti bir faktı qeyd edim ki, Dünya Bankının Ermənistan Statistika Komitəsinin nəticələrinə əsaslanan göstəricilərinə görə, 1991-ci ildə Ermənistan əhalisinin sayı 3.505.258 nəfər, 2018-ci ildə isə 2.951.776 nəfər təşkil edib. Amma məntiqə görə say 4 milyondan yuxarı olmalı idi. Daha bir fakta diqqəti çəkərək demək istərdim ki, bu gün ölkədəki yaşlıların sayı gənclərin sayını ötməkdədir. Bu isə o deməkdir ki, ölkədə yaşlanma gedir. Yəni 50 yaşdan yuxarı olan insanlar çoxluq təşkil edir. Ölənlərin sayı doğulanlardan çoxdur”.

S.Fətəliyeva Ermənistanda kişilərin sayının sürətlə azaldığını bildirərək, bunun səbəblərindən bəhs edib:

“Ölkədəki sosial-iqtisadi vəziyyətin pis olması, işsizlik problemi onları ölkəni tərk etməyə vadar edirsə, digər bir səbəb də müharibə faktorudur. Erməni anası övladının bu müharibədə ölməsini istəmədiyindən ölkədən çıxarır. Bura erməni gənclərin üzləşdiyi maddi sıxıntılara görə ailə qurmamasını və BMT-nin İqtisadi və Sosial Münasibətlər departamentinin əhali bölgüsü haqda açıqlamasına da əlavə etsək, o zaman Paşinyanın dediklərinin yalan olduğunu açıq-aydın görərik. BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqda açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı orta proqnozlara əsasən, 2 milyon 397 min olacağı proqnozlaşdırılır”.

Millət vəkili onu da vurğulayıb ki, Ermənistan nə qədər ki işğalçılıq siyasətindən əl çəkməyib, bu ölkəni hələ daha ciddi problemlər gözləyir.

Tarix
2019.09.06 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

COP29-un bağlanış plenar iclası keçirilir

Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla