Yuxarı

Paşinyan erməniləri belə aldadır - Akopyan açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan erməniləri belə aldadır - Akopyan açıqladı

Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini ölkədəki ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq üçün artıq effektiv olmayan üsullardan istifadə edir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri İrəvanda keçirdiyi mətbuat konfransında politoloq Viqen Akopyan səsləndirib.

Erməni politoloq qeyd edib:

“Hakimiyyət informasiya və siyasət gündəmini yeni mövzularla doldurmağa cəhd edir. Bu, siyasət, iqtisadiyyat və idmanla bağlı məsələlərdir. Məsələn, Paşinyan Ermənistan-İtaliya futbol matçı zamanı Feysbukda xüsusi bölmə də yaradıb. Halbuki ölkədə Amulsar mədəni, İstanbul Konvensiyası, Qarabağ münaqişəsində mövqeyimiz və Xankəndi ilə münasibətlər kimi ciddi və hökumət tərəfindən həllini gözləyən problemlər mövcuddur. Məhz bu səbəbdən onlar diqqəti yayındırmaq məqsədilə müxtəlif texnologiyalardan istifadə edirlər”.

Politoloq əlavə edib ki, cəmiyyətin başını qatmaq üçün ən çox istifadə olunan vasitələrdən biri də keçmiş məmurların həbsidir. O, sabiq Maliyyə naziri və İrəvan merinin həbsini misal gətirərək qeyd edib ki, artıq bu addımlarla insanların diqqətini yayındırmaq metodu öz təsirini itirib. “Bu piar aksiyaları ötən ilin yayında işləyirdi. Cəmiyyətdə “qolçomaqların” üzə çıxarılması tələbi var idi, amma artıq bunun da vaxtı keçib”, - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, 2019-cu ilin aprel-mayından bəri “inqilab” hay-küyü yatışıb və insanlar artıq öz həyat səviyyələri, ölkənin sosial-iqtisadi vəziyyəti, məişət problemləri ilə maraqlanır, bütün bu problemlərin konkret həllini tələb edirlər.

Erməni politoloq əlavə edib ki, bu səbəbdən sabiq Maliyyə nazirinin həbsi gündəmdə cəmi 1-2 gün qaldı. Bu mövzunu isə iqtidarın öz daxilində mövcud olan problemlər əvəz edib.

Tarix
2019.09.06 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla