Yuxarı

Bakıda NATO təlimi keçirildi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaraheybət” Təlim Mərkəzində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun ƏİK kəşfiyyat bölüyünün 2-ci səviyyəli və Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Kəşfiyyat bölüyünün qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib. Hərbi Hava Qüvvələrinə aid Mi-17 helikopter cütlüyü isə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələri tərəfindən qiymətləndirilib.

Təlimlərin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.

Qeyd edək ki, bu təlimdə Azərbaycan Ordusu ilk dəfə olaraq ƏİK proqramı çərçivəsində quru qoşunları və hərbi hava qüvvələri bölmələrinin əməliyyatlar zamanı birgə fəaliyyətini praktiki olaraq icra edib.

Tarix
2019.09.13 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla