Yuxarı

Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?

Kreml Türkiyəyə Rusiya və Qazaxıstanla birlikdə “Baykonur” kosmodromunun istismarı layihəsinə qoşulmağı təklif edib. Söhbət Qazaxıstan ərazisində yerləşən ilk və dünyada ən böyük kosmodromdan gedir. Uzun müddət sözügedən kompleks Rusiya tərəfindən istirmarda olub. Ancaq 2015-ci ildə Astanada (indiki Nur-Sultan) Rusiya və Qazaxıstan raket buraxılışlarının keçirilməsi zamanı əməkdaşlıq haqqında hökumətlərarası müqavilə imzalayıb.

Rusiya nə üçün belə bir təklif edib? Qazaxıstanda buna reaksiya necə olacaq? Türkiyənin bunda real marağı varmı?

Bu və digər suallar ətrafında Axar.az-a danışan Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya Kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev qeyd edib ki, Moskva Ankaranın öz kosmik aparatlarını daşıması üçün raket ayırmağa hazırdır.

“Türkiyə türk dünyasının lideri roluna iddia edir. Rus və türk dünyası vahid institutlar yaradırlar. Birgə fəaliyyət institutlarından biri də kosmik fəaliyyət və “Baykonur” kosmodromunun istismarı ola bilər. Türkiyə ilə Rusiya artıq iqtisadi və hərbi-texniki sahədə əməkdaşlıq edir. İndi isə eyni zamanda kosmik əməkdaşlıq da olacaq”, - ekspert qeyd edib.

Ekspert həmçinin kosmik sənayedə əməkdaşlığın həm Türkiyəyə, həm Rusiyaya, həm də Qazaxıstana böyük fayda gətirə biləcəyini vurğulayıb.

Tarix
2019.09.19 / 16:22
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla