Yuxarı

Cəbrayılov danışdı: Əgər həyatım geri fırlansaydı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılov danışdı: Əgər həyatım geri fırlansaydı...  - Video

19:51

Bu gün Milli Məclisə müraciət edərək, deputat mandatından imtina edən Rafael Cəbrayılov mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, mətbuat konfransında R.Cəbrayılov əvvəlcə “200-dən çox evim var” sözünə aydınlıq gətirib.

O bildirib ki, borclu olduğu şəxsə (R.Cəbrayılov konkretləşdirməyib: Fətəliyeva Təranə Rasim qızına olan 300 min dollar borcu nəzərdə tutur, yoxsa Xatirə Nəcəfovaya 300 min dollar borcu) mənzil təklif edib. Qarşı tərəf etiraz etdikdə isə bildirib ki, orda 200-dən çox mənzil tikilib, mən təmin edərəm, ev satılsın, pul verilsin:

“Əfsuslar olsun ki, o məsələ bugünə qədər tam həllini tapmayıb. Belə bir məsələyə görə mənimlə bağlı məhkəməyə müraciət etdilər”.

R.Cəbrayılov məhkəməyə müraciət olunmasını dramatikləşdirməyə ehtiyac olmadığını deyib və bildirib ki, əksinə, məhkəmə prosesinə sevinir:

“Çünki ölkə Prezidentinin siyasəti nəticəsində hüquqi dövlət yaranıb və nəinki deputatı, naziri, hər kəsi məhkəməyə vermək olar. Bunun nəyi pisdir ki?”

R.Cəbrayılov həmin şəxsi evinə dəvət etməsi və problemin həllinə çalışmasından peşman olmadığını bildirib:

“Həyatım geriyə fırlansaydı, mən yenə bu cür hərəkət edərdim”.

Daha ətraflı videoda...

Tarix
2019.09.30 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

Belə avtomobillə heç yerə getmərəm - Prezident

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla