Yuxarı

Rəşada şəhid adının verilməsi niyə gecikir? – Qabil Hüseynli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz əminik ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi Rəşad Atakişiyevə şəhidlik statusunun verilməsi ilə bağlı məsələ qaldıracaq və aidiyyəti qurumlar bunu həll edəcək.

Bu sözləri Axar.az-a Rəşad Atakişiyevə şəhidlik statusunun verilməsi ilə bağlı danışan mərhum polkovnik-leytenantın qayınatası, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu məsələ ilə bağlı ailəsi rəsmi qurumlara müraciət etməyi düşünmür:

“Rəşad Atakişiyevin keçdiyi həmin təlim döyüş tapşırığının təminat hissəsini təşkil edirdi. Bu səbəbdən ona şəhidlik statusu verilməsi Azərbaycanın mövcud qanunvericiliyinə uyğundur. Güman edirəm ki, çox uzaq olmayan zamanda bu məsələ öz müsbət həllini tapacaq. Şəhidlik statusu ilə bağlı məsələnin uzanmasının bir səbəbi ondan ibarətdir ki, hadisə ilə bağlı Hərbi Prokurorluqda istintaq işi aparılır. İstintaq işi yekunlaşdıqdan və bütün məqamlar aydınlaşdıqdan sonra bu məsələ Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən aidiyyəti orqanlar qarşısında qaldırılacaq və inanıram ki, müsbət həllini tapacaq. Bu proses 2-3 aya qədər çəkə bilər. Əgər ona şəhidlik statusunun verilməsi ilə bağlı hər hansı süni əngəllər yaradılarsa, biz aidiyyəti qurumlara müraciət edə bilərik”.

Q.Hüseynli onu da bildirib ki, R.Atakişiyevin uşaqları üçün pensiya kəsilməsindən başqa digər imtiyazlar nəzərdə tutulmur:

“Atakişiyevin uşaqları üçün pensiya kəsilə bilər. Onlar üçün başqa imtiyaz məncə, nəzərdə tutulmur. Digər sahələrdə olduğu kimi, ailə başçısı itirildikdə uşaqlara pensiya kəsilir”.

Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Saləddin oğlu Atakişiyev iyulun 24-də gecə təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayaraq, həyatını itirib.

Hüquqşunas Fərhad Mehdiyev Nazirlər Kabinetinin qərarının 1.2.6. maddəsinə əsasən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu qeyd edərək, mərhum pilotumuza da şəhidlik statusu verilməsinin mümkünlüyünü qeyd edib.

Tarix
2019.10.01 / 09:18
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla